SON XƏBƏRLƏR

Ərdəbildə Azərbaycan və Türkiyə konsulluqlarının açılmasını istəyirik - Ərdəbil valisinin müavini

2021.10.20, 07:36
Ərdəbildə Azərbaycan və Türkiyə konsulluqlarının açılmasını istəyirik - Ərdəbil valisinin müavini

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyaləti rəhbərliyi bu şəhərdə Azərbaycan və Türkiyə konsulluqlarının açılmasını istəyir.

 

Bu barədə Ərdəbil valisinin iqtisadi məsələlər üzrə müavini Bəhmən Hüseynzadə İran Xarici İşlər Nazirliyinin Ərdəbildəki nümayəndəliyinə baxış keçirərkən məlumat verib.

 

“Biz əyalətdə istehsal olunan yerli məhsulları ixrac etmək və bölgəyə sərmayə cəlb etmək prosesini sadələşdirmək məqsədi ilə Ərdəbildə Azərbaycan və Türkiyə konsulluqlarının açılmasını istəyirik və bu istiqmaətdə müəyyən addımlar atılıb. Azərbaycan tərəfi bunu müsbət qarşılayıb”- deyə o bildirib.

 

Xarici İşlər Nazirliyinin Ərdəbildəki nümayəndəliyinə baxış keçirilərkən nümayəndəliyin rəisi Qəffari Karəng də çıxış edib, o nümayəndəliyin göstərdiyi xidmətlər haqda geniş məlumat verib.

 

Qeyd edək ki, Azərbaycan Milli Hərəkatı gücləndikdən sonra Azərbaycan Əyalətlərinin əhalisi ilə türk ölkələrinin əlaqələri müxtəlif sahələrdə genişlənib. Bu proses hətta rəsmi dairələrə də öz təsirini göstərib. Güney Azərbaycan Əyalətləri ilə Türkiyə və Azərbaycan Respublikası arasında əlaqələrin daha da inkişaf edəcəyi gözlənilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar