SON XƏBƏRLƏR

Ərdəbildə azərbaycanlı milli-mədəni fəallar tərəfindən yazılı vərəqələr paylanılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbildə azərbaycanlı milli-mədəni fəallar tərəfindən yazılı vərəqələr paylanılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar Ərdəbil şəhərində çox sayda yazılı vərəqələr paylayıblar.

 

Vərəqələr rejimin ayrı-seçkilik siyasəti haqda ictimaiyyətin biliyini artırmaq məqsədi ilə yayılıb.

 

Vərəqələrdə Azərbaycana qarşı iqtisadi, siyasi, ictimai və mədəni ayrı-seçkilik, xüsusi ilə də “Heyran gədiyi”ni Ərdəbil Əyalətindən ayırıb Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlər haqda geniş məlumat verilib və  rejimin bu kimi hərəkətləri pislənilib.

 

Rejimin mərkəzçi siyasətinin tətbiq edilməsində birinci növbədə yerli məsulların məsuliyyət daşıdığını qeyd edən fəallar, bu məsələlər öz həllini tapmayacağı təqdirdə mübarizənin daha da dərinləşəcəyi, hətta kütləvi etirazların başlayacağı barədə xəbərdarlıq ediblər.

 

Azərbaycanlı milli-mədəni fəallar İranda azad və yerli mətbuatın olmadığından bu boşluğu doldurmaq məqsədi ilə vaxtaşırı bildiriş və vərəqələr yayır, ictimaiyyətə müəyyən hadisələrlə bağlı məlumat çatdırırlar.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar