SON XƏBƏRLƏR

Ərdəbildə Beynəlxalq Ana Dili Günü münasibəti ilə divarlara şüarlar yazılıb: Türk dilində mədrəsə,... - GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbildə Beynəlxalq Ana Dili Günü münasibəti ilə divarlara şüarlar yazılıb: Türk dilində mədrəsə,... - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərində 21 Fevral – Beynəlxaq Ana Dili Günü münasibəti ilə müxtəlif mədəni tədbirlər həyata keçirilir.

 

Məlumata görə, Ərdəbil şəhərində ana dilində təhsil hüququ ilə bağlı divarlara çoxlu şüarlar yazılıb. Qrafit texnikası ilə yazılan şüarlarla birlikdə ana dilində təhsilin qadağan olduğunu əks etdirən təsvirlər də görünür.

 

Şəhərin müxtəlif yerlərində “Ana dilimiz həbsdədir”, “Uşaqlarımızın ana dilinin məktəblərə daxil olmasına yol açın / Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Türk dili İranda qadağandır”, “Beynəlxalq Ana Dili Gününü qeyd etmək qadağandır” və s. kimi şüarlara rast gəlinir.

 

İranda Güney Azərbaycan türkləri və digər qeyri-fars millətlər ana dilində təhsil ala bilmir. Bu qadağa ölkə konstitusiyasının 15-ci maddəsinə zidd olsa da, rejim tərəfindən tətbiq olunur. Ana dilində təhsil hüququnu tələb edən mədəni fəallar rejim tərəfindən ağır şəkildə cəzalandırılır. Güney azərbaycanlı fəallar Tövhid Əmir Əmini və Kiyanuş Aslani ötən Beynəlxalq Ana Dili Günü münasibəti ilə təbrik posterləri payladıqları üçün toplam olaraq 12.5 il həbs cəzasına məhkum edilib, onlar hazırda həbsdədir.

 

Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlı 2016-cı ildə Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimə qatıldıqları üçün toplam olaraq 8 il həbs və 8 il sürgün edilmə qərarı ilə üzləşiblər.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar