SON XƏBƏRLƏR

Ərdəbildə beynəlxalq voleybol yarışlarında milli şüarlar səsləndirilib, tutulanlar var – VİDEO

2021.10.20, 07:36
Ərdəbildə beynəlxalq voleybol yarışlarında milli şüarlar səsləndirilib, tutulanlar var – VİDEO

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın Ərdəbil şəhərində dünya millətləri voleybol liqası yarışları keçirilir.

 

Sultan Savalan stadionunda (Rzazadə stadionu) keçirilən yarışların birinci günündə (İyunun 21-i) görüşdə tamaşaçı qismində iştirak edən bir neçə soydaşımız milli şüar səsləndirdiyi üçün mülki geyimli məmurlar tərəfindən saxlanılıb. İran-Portuqaliya görüşü zamanı saxlanılan soydaşlarımızın hələlik kimliyi müəyyən edilməyib, onların naməlum istiqamətə aparıldığı bildirilir.

 

Stadionda milli şüarlar səsləndirilməsin deyə İran rejimi tərəfindən bilet satışına məhdudiyyətlər tətbiq olunub, Tehrandan farsdilli liderlər (azarkeşlərə başçılıq edənlər “lider” adlanır) gətirilib və stadiona bəsic qüvvələri və mülki geyimli məmurlar göndərilib. Bütün bunlara baxmayaraq stadionun daxilində və ətraf küçələrində soydaşlarımız milli şüarlar səsləndirib və bir çox plakat nümayiş etdiriblər.

 

https://www.youtube.com/watch?time_continue=7&v=Rxas74YfSGU

 

https://www.youtube.com/watch?time_continue=85&v=e6A8XX44KmA

 

 

Dünya millətləri voleybol liqası yarışları iyunun 14-dən 16-dək Urmiyənin “Durnalar yuvası” stadionunda keçirilmişdir. Yarışlar zamanı Azərbaycanla bağlı çoxlu şüar səsləndirildi. Bundan sonra İran idman nazirinin müavini oxşar şüarların Ərdəbildə səsləndirilməsinə icazə verilməyəcəyini vurğuladı. Rejim bu istiqamətdə önləyici tədbir kimi, bir çox işlər görsə də, Ərdəbildə “Yaşasın Azərbaycan” şüarını susdurmaq mümkün olmadı. Yarışlar davam etdiyi müddətdə Ərdəbildə oxşar şüarların səsləndiriləcəyi gözlənilir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar