SON XƏBƏRLƏR

Ərdəbildə daha 1 məhbus edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

2021.10.20, 07:36
Ərdəbildə daha 1 məhbus edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 1 nəfər edama hazırlaşmaq üçün təkadamlıq kameralara köçürülüb.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 6 il əvvəl naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan Ərdəbilin mərkəzi zindanında saxlanılan 27 yaşlı müttəhim Sabir Ali Mərd, iyunun 19-da həbsxananın 1-saylı korpusundan təkadamlıq kameraya köçürülüb. Müttəhimin yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar