SON XƏBƏRLƏR

Ərdəbildə dəm qazı bir ailədən 3 nəfərin canını aldı

2021.10.20, 07:36
Ərdəbildə dəm qazı bir ailədən 3 nəfərin canını aldı

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində dəm qazından zəhərlənmə nəticəsində üç nəfər canını itirib.

 

 

Ərdəbil əyalətinin təcili tibbi yardım mərkəzinin mətbuat katibi Əli İmani hadisənin ötən gün Ərdəbilin “Xatəmun-nəbiyin” məhəlləsində baş verdiyini bildirib.

 

 

İmaninin dediyinə görə hadisədə ölən şəxslər eyni ailədən 32 yaşlı kişi, 31 yaşlı qadın və 8 yaşlı uşaq olub.

 

 

O İranın “Fars” xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, ilkin araşdırmalara görə, hadisənin səbəbi evdə istifadə olunan manqaldan dəm qazının sızmadır.

 

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar