SON XƏBƏRLƏR

Ərdəbildə dini müəssisənin “Azərbaycan Respublikasının şəriət məhbusları” adlandırdığı şəxslərə dəstək mərasimi keçiriləcək

2021.10.20, 07:36
Ərdəbildə dini müəssisənin “Azərbaycan Respublikasının şəriət məhbusları” adlandırdığı şəxslərə dəstək mərasimi keçiriləcək

Gunaz.tv

GünAz TV: Hər zaman olduğu kimi, yenə də siyasi liderlərin görüşməsi, onların verdiyi dostluq və qardaşlıq mesajları və s. İran rejiminin müstəqil Azərbaycanın daxili işlərinə qarışması və ona qarşı təxribatlarına mane ola bilmir.

 

Məlumata görə, İran rejimi Azərbaycan Respublikasına qarşı din pərdəsi altında daha bir tədbir keçirməyi planlaşdırır. Bu barədə Təşəyyo (şiəlik) Beşiyi Müəssisəsinin İdarə Heyətinin rəisi İrəc Əhmədi Hesar aprelin 10-da Ərdəbildə jurnalistlərə məlumat verib.

 

O bildirib ki, “Azərbaycan Respublikası şəriət məhbusları ilə həmrəylik nümayiş etdirmək məqsədi ilə aprelin 12-i məğrib namazından sonra Ərdəbilin “Mola Mömin” məscidində mərasim keçiriləcək, hər kəs mərasimə dəvətlidir.”

 

Dini müəssisənin rəisi mərasimdə axund Novruzinin çıxış edəcəyini, Məsud Yəhyəvinin şeir və Abdullah Dadaşinin Rövzə oxuyacağını da diqqətə çatdırıb.

 

Mərasimin daha bir neçə dini müəssisənin əməkdaşlığı ilə keçiriləcəyini deyən İ.Əhmədi Hesar, Azərbaycanda şəriət məhbusu adlandırdığı şəxslərin siyahısını açıqlayıb, o təxminən 80 nəfərin adını sadalayıb.

 

Rejimin əlaltısı adlarını sadaladığı şəxslər barədə geniş məlumat verməyib. Onların hansı səbəbdən həbs olunduğu vəya ümumiyyətlə həbsdə olub-olmadıqları bilinmir.

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra hər zaman dostluq və qonşuluq prinsiplərinə sadiq qalaraq İranla normal münasibətlərə üstünlük verib, lakin İran rejimi Azərbaycana qarşı düşmən mövqe sərgiləyib.  İranın Azərbaycanda dini ekstremist qruplar yetişdirmək, ölkəyə casuslar göndərmək, işğalçı Ermənistana yardım etmək, və s. kimi təxribatlarının Azərbaycanın müstəqilliyi və dövlətçiliyinə qarşı yönəldiyi kimsədə şübhə doğurmur.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar