SON XƏBƏRLƏR

Ərdəbildə divarlara azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən şüarlar yazılıb - GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbildə divarlara azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən şüarlar yazılıb - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda İran zindanlarında məhbus həyatı yaşayan milli-mədəni fəalların azadlığını tələb edənlərin sayı getdikcə artmaqdadır.

 

Məlumata görə, Ərdəbil şəhərində növbəti dəfə divarlar üzərinə azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən şüarlar yazılıb.

 

Əksəriyyəti fars dilində yazılan şüarlara şəhərin müxtəlif məntəqələrində rast gəlinir.

 

“Milli-mədəni fəal Siyamək Mirzayi azad edilməlidir”, “Azərbaycan igidləri azad edilsin” və “Milli-mədəni fəal Musa Sudi azad olunsun” cümlələri yazılan şüarlar arasındadır.

 

Aşağıdakı görüntülər Ərdəbildən GünAz TV-nin mətbuat mərkəzinə göndərilib:

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar