Ərdəbildə divarlara milli şüarlar yazıldı: “Tehranda seçkilər, Azərbaycanda aclıq aksiyası”-FOTO

2021-06-12 09:01

İyunun 11-də Ərdəbil şəhərinin milli-mədəni fəalları İran həbsxanalarında saxlanılan güney azərbaycanlı məhbuslara, o cümlədən Abbas Lisaniyə dəstək aksiyası keçirib. 

Gunaz.tv Quote | Gunaz article

Milli fəallar həbsxana məsulları və təhlükəsizlik qurumlarının siyasi məhbuslara tətbiq etdiyi məhdudiyyətlərə, təzyiqlərə  etiraz olaraq şəhər divarlarına müxtəlif şüarlar yazıblar.


Divarlara “Abbas Lisani bir millət üçün fədakarlıq edir, millət onun üçün fədakarlıq edəcək”, “Tehranda seçkilər, Azərbaycanda aclıq aksiyası”, “Hazır və fədakar olacağıq”, #Abbas_Lisani və s. şüarlar yazılıb.

Abbas Lisani iyunun 10-da ailəsi ilə telefon danışığı zamanı həbsxana məsullarının ona qarşı müxtəlif vasitələrlə təzyiq göstərdiyini bildirib. Onun sözlərinə görə, başqa ağır cinayətə görə məhkum olunan müttəhimi onun saxlanıldığı kameraya salıblar. 

Bununla həbsxana məsulları mənəvi və psixoloji təzyiq göstərməyə çalışırlar.

Siyasi məhbus bildirib ki, kamerasına salınan şəxs başqa yerə köçürülməsə, həbsxana həkimlərinin rəyi əsasən müalicə olunmaq üçün şəhər xəstəxanalarından birinə göndərilməsə, iyunun 12-si, şənbə günü səhər saatlarından aclıq aksiyasına, 13 iyun bazar günündən etibarən isə quru aclıq aksiyasına başlayacaq. (Aksiya artıq başlayıb-red)

Qeyd edək ki, həkimlərin rəyinə əsasən milli fəalın bel fəqərələrinin ekokardioqrafiyası və ürək MRT müayinəsinə ehtiyacı var. Lakin həbsxana məsulları həkimlərin rəyini qulaqardına vururlar.

Mayın 21-də "Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti azərbaycanlı məhbuslarının hüquqlarının pozulması və Abbas Lisaninin sağlıq durumunun kəskin pisləşməsi ilə bağlı BMT-yə müraciət edib.

“Azərbaycanlı mədəni fəal Abbas Lisaninin sağlıq durumu narahatlıq doğurur. Koronavirusun həbsxanalarda yayılmasına baxmayaraq bu tanınmış mədəni fəal məzuniyyətə buraxılmayıb"-  BMT-nin İranda İnsan Haqları üzrə Xüsusi Məruzəçisi Cavid Rəhmana ünvanlanan məktubda deyilir.

Abbas Lisani 2019-cu ilin yanvar ayının 15-də Təbrizdə saxlanılaraq Ərdəbil həbsxanasına köçürülüb. Sifarişli və ədalətsiz məhkəmədə qondarma ittihamlarla 15 il azadlıqdan məhrum edilib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30