SON XƏBƏRLƏR

Ərdəbildə Doktor Abbas İrşadifər saxlanılıb

2021.10.20, 07:36
Ərdəbildə Doktor Abbas İrşadifər saxlanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində Doktor Abbas İrşadifər Tehran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Təhlükəsizlik Bölümünün əməkdaşları tərəfindən saxlanılıb.

 

Siyasət elmləri üzrə doktor olan A.İrşadifər iyulun 5-də saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

A.İrşadifər İran Xarici İşlər Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərindən biridir, o bir neçə Avropa ölkəsində İran səfirliyində müxtəlif postlarda, o cümlədən səfir kimi fəaliyyət göstərib.

 

3 avtomobillə qapıya gələn farsdilli “Sepah” üzvləri ərdəbilli soydaşımızın evində axtarış aparıb, ona məxsus bir çox şəxsi əşya, o cümlədən ləptob, kitab, əlyazmalar və pasportunu özləri ilə götürüblər.

 

“Sepah” üzvləri Tehran Prokurorluğunun hökmü və Mohseni Ejeinin imzası ilə A.İrşadifərin evinə müraciət ediblər.

 

A.İrşadifər ötən illərdə bir neçə dəfə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, o təxminən 7 ay Ərdəbil zindanının 7-cı korpusunda həbs olunub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar