SON XƏBƏRLƏR

Ərdəbildə etiraz aksiyaları ilə bağlı 3 nəfər saxlanılıb

2021.10.20, 07:36
Ərdəbildə etiraz aksiyaları ilə bağlı 3 nəfər saxlanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində son etiraz aksiyaları ilə bağlı 3 nəfərin saxlanıldığı bildirilir.

 

Bu barədə Ərdəbil prokuroru Nasir Ətəbati İranda gedən etiraz aksiyalarına münasibət bildirərkən məlumat verib.

 

Aksiyaları iğtişaş adlandıran prokuror bildirib ki, “İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təhlükəsizlik bölümü, həmçinin digər hökumət qüvvələri əyalətdə təhlükəsizliyi təmin etmək üçün əlindən gələni edir, onlar əyalətin təhlükəsizliyinə qarşı yönələn iğtişaşlara sərt cavab verəcəklər.”

 

N.Ətəbati əlavə edib ki, “son hadisələrlə bağlı Ərdəbildə 3 nəfər saxlanılıb, onlar inqilaba zidd qrupların təhriki ilə əmin-amanlığı pozmaq, ümumi mülkiyyətə zərər yetirmək və dini məkanları yandırmaq istəyiblər. Lakin təhlükəsizlik qüvvələri vaxtında hərəkətə keçərək həmin şəxsləri yaxalayıb.”

 

Ölkədə keçirilən etiraz aksiyalarından qorxusunu gizlədə bilməyən prokuror sözlərinin sonunda bütün ailələrə müraciət edərək onları övladlarının sosial şəbəkələrin təsiri altına düşməməsi üçün diqqətdə saxlamağa çağırıb.

 

Qeyd edək ki, bir neçə gündür İranın əksər şəhərlərində  rejimə qarşı etiraz aksiyaları keçirilir. Artıq bir çox şəhərdə qan tökülən aksiyalarda rejimin rəhbərliyinə qarşı sırt şüarlar səsləndirilir. Rejim isə aksiyaları xaric ölkələrin müdaxiləsi nəticəsində baş verdiyini iddia edərək vəziyyəti kontrola almağa çalışır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar