SON XƏBƏRLƏR

Ərdəbildə “Hər şagird üçün türk dilində bir kitab” şüarı ilə başlayan tədbir davam edir – GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbildə “Hər şagird üçün türk dilində bir kitab” şüarı ilə başlayan tədbir davam edir – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təsil müəssisələrinin açılışından bir neçə gün keçməsinə baxmayaraq Güney Azərbaycanda ana dilində təhsillə bağlı başladılan tədbirlər davam edir.

 

Ərdəbildə sentyabrın 23-də “Hər şagird üçün türk dilində bir kitab” şüarı ilə başlayan tədbir bu günə qədər davam etdirilib. Məlumata görə, müxtəlif məktəblərdə təhsil alan ərdəbilli şagirdlərə azərbaycanlı milli-mədəni fəallar tərəfindən türk dilində kitablar hədiyyə edilir.

 

Kitab paylayan fəallar eyni zamanda İranda türk dilinin rəsmi dil olması və ana dilində təhsilin əhəmiyyəti ilə bağlı söhbət edir, bu barədə şagirdlər, valdeynlər və müəllimlərin fikir və təkliflərini öyrənirlər. Məqsəd ana dilində təhsillə bağlı tam olaraq ortaq məxrəcə gəlmək və eyni mövqedən çıxış etməkdir.

 

İranda türk dilinin rəsmi olması və ana dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır, bu məsələ ilə bağlı yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib.

 

Güney Azərbaycanda yeni dərs ili və Beynəlxalq Ana Dili Günü ərəfəsində bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir. Ərdəbildə belə tədbirlərin həyata keçirilməsində xüsusi aktivlik müşahidə olunur.

 

Aşağıdakı video və şəkillər fəalların uşaqlara türk dilində kitab payladığını əks etdirir:

 

Video - Ərdəbildə kitab paylama tədbirinin 4-cü günü

https://www.youtube.com/watch?time_continue=4&v=hDgpBzeuSTg

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar