SON XƏBƏRLƏR

Ərdəbildə idarə rəisi maliyyə pozuntuları ittihamı ilə 20 il həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Ərdəbildə idarə rəisi maliyyə pozuntuları ittihamı ilə 20 il həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Ərdəbil Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati təmsil etdiyi şəhərin Regional Su İdarəsinin rəisi barəsində ağır həbs qərarının çıxarıldığını bildirib.

 

Onun sözlərinə görə, Ərdəbil Apellyasiya Məhkəməsi Səlamət Əzizi barəsində qəti hökm çıxarıb.

 

“Regional Su İdarəsinin rəisi dövlət əmlakını mənimsəmə ittihamı ilə 7 il həbs, 1 milyard rial məbləğində cərimə və dövlət işində çalışmaq hüququndan məhrum edilmə hökmü ilə üzləşib. Səlamət Əzizi rüşvət alma ittihamı ilə bağlı isə 7 il həbs, 1 milyard rial məbləğində cərimə, işində azad edilmə və 74 şallaq zərbəsinə məhkum olunub. Bundan əlavə, o tender əməliyyatları zamanı yol verdiyi qanunsuz əməllər, tutduğu vəzifədən sui-istifadə etmək və dövlət sənədlərini saxtalaşdırmaq ittihamına görə həbs və cərimə cəzası ilə üzləşib.”- deyə Nasir Ətəbati qeyd edib.

 

Ədliyyə İdarəsinin rəisi Səlamət Əzizinin toplam olaraq 20 il həbs cəzasına məhkum edildiyini bildirib.

 

İranda dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və korrupsiya bütün rəsmi orqanları bürüyüb. Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına görə, İran dünya üzrə ən korrupsiyalaşmış ölkələr sırasındadır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar