SON XƏBƏRLƏR

Ərdəbildə iş yerində baş verən qəzada bir fəhlə ölüb, biri isə xəsarət alıb

2021.10.20, 07:36
Ərdəbildə iş yerində baş verən qəzada bir fəhlə ölüb, biri isə xəsarət alıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda iş yerlərində ölümlə nəticələnən qəzaların ardı-arası kəsilmir.

 

Oktyabrın 27-də Ərdəbildə iş yerində baş verən qəzada bir fəhlə ölüb, biri isə ağır xəsarət alıb.

 

Bu barədə Ərdəbil Bələdiyyə İdarəsinin Fövqəladə Hadisələr Bölümünün sözçüsü Əli İmani mətbuata məlumat verib.

 

“Bazar günü səhər saatlarında Ərdəbilin Darupəxş məhəlləsində iş yerində bədbəxt hadisə baş verib. Fəhlələr su və kanalizasiya borularını quraşdırdıqları zaman üstlərinə torpaq üçüb.

Fövqəladə Hadisələr Bölümünün xilasedici qrupu bu barədə məlumat aldıqdan dərhal sonra hadisə yerinə gedib. Onlar iki saat səydən sonra fəhlələrdən birini xilas edə bilib, lakin ikinci fəhlə həlak olub.”- deyə o bildirib.

 

Əli İmani ağır qəzadan son anda xəsarət alaraq qurtulan fəhlənin xəstəxanaya çatdırıldığını bildirib. O qəzada ölən və xəsarət alan fəhlələrin kimliyini açıqlamayıb.

 

İran işçilərin sağlamlığı və əmək təhlükəsizliyinin təmin olunmasında dünya üzrə 102-ci ölkədir. Təhlükəsizlik texnikası qaydalarının tətbiq olunmaması və əlverişli əmək şəraitinin yaradılmaması hər il ölkədə çox sayda fəhlənin ölüm, xəsarət alma və bədən üzvlərinin itirilməsi ilə nəticələnir. Bundan əvvəl İran İnşaat Fəhlələri Dərnəyinin rəisi bildirmişdir ki, bir ildə 15 min işçinin bədbəxt hadisə ilə üzləşməsi İran üçün rekord vurmaq deməkdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar