Ərdəbildə işsizlik olduğunu etiraf edən kökumət bölgəyə kürd işçilərini gətirməkdən nə məqsəd güdür?

2020-11-19 14:47

Hökumət rəsmisi bildirir ki, yoxsulluq ölkədə və Ərdəbil əyalətində xırda oğurluqların baş verməsinin əsas səbəbidir.

Gunaz.tv Quote | Gunaz article

Ərdəbil prokuroru, Ərdəbildə yerləşən “Saruc Səbəlan” istehsalat komplesini ziyarət edərkən deyib: "Sosial problemlərin azaldılmasında əsas amillərdən biri ailələrin, xüsusən də gənclər və yeniyetmələrin yaşayış və iqtisadiyyat sahələrində özlərinə güvənmələrinə səbəb ola biləcək iş yerlərinin yaradılmasıdır."

 

“Abdulla Təbatəbayi” artıırıb ki, “bu insanlar təbiətən oğru deyillər, ancaq yoxsulluq üzündən oğurluq etmək məcburiyyətində qalırlar, bunun həlli ancaq ailələrə iş yerlərinin yaradılması və məşğulluq imkanlarının artırılması ilə normal gəlir əldə etməkdir. Bununlada gənclərin, ümumiyyətlə vətəndaşların yolları həbsxanalara düşməyəcək”.

Ərdəbil prokroru sözünün davamında bir daha bütün bu sayaq problemlərin istehsal və iş yerlərinin yoxluğundan qaynaqlandığını vurğulayıb.

 

Bildirmək lazimdir ki, Ərdəbil əyaləti ölkənin və Güney Azərbaycanın ən zəngin əyalətlərindən sayılır. Əyalət yerüstü və yeraltı sərvətlərinə görə hər zaman mərkəzi hökümətin və sərmayəçilərin diqqət mərkəzində olub.

 

Yeraltı qaynaqlarından başqa, Ərdəbil əkinçilik, heyvandarlıq və turizm üçün ölkənin ən uyğun və öncül bölgələrindən biridir.
Sadəcə bir çox sahələrdə ayrı-seçkılık olduğu kimi, Ərdəbil əyaləti iqtisadi baxımdan da mərkəzi hökumətin ayrı-seçkilik siyatinə məruz qalıb. Bölgə əyalət statusu almamışdan öncə, mərkəzi hökumət və fars mərkəzli qurumlar məqsədli şəkildə, bölgənin inkişafdan geri qalmasının səbəbkarı kimi Təbrizi göstərirdilər. Ancaq Ərdəbil əyalət statusu qazanandan sonra da, bölgənin iqtisadi, ictimai sahəsində, əhalinin məişət problemlərinin həllində gözə çarpacaq bir dəyişiklik və irəliləyiş baş vermədi.
Əyalət prokrorunun məsələni açıq şəkildə etiraf etməsi isə problemlərin daha dərin olduğundan xəbər verir.

 

Çox maraqlıdır ki, bölgədə işsizliyin oğurluqlara səbəb olduğunu bildirən hakimiyyət nümayəndəsi,
Çox maraqlıdır ki, bu qədər yerli əhalinin işsiz olduğu, məcburiyyətdən uyğun olmayan “iş”lərə yönəldiyi bir halda, ölkənin başqa bölgələrindən, özəlliklə kürdlər yaşayan bölgədən Ərdəbil əyalətinə, konkret olaraq Muğan bölgəsinə minlərlə işçi cəlb olunur.

 

Hal-hazırda Muğanda, Parsabad şəhərində müxtəlif sahələrdə fəaliyyət üçün çox sayda kürd ailəsi yerləşdirilib. Bir neçə ay bundan öncə, Parsabadda əkin və bağdarlıq sahəsində adı altında iki min kürdün yerləşdirilməsi yerli əhalinin ciddi etirazlarına səbəb olmuşdu.

 

Hətta, buna etiraz edən bir neçə milli-mədəni fəal “iğtişaş yaratmaq” və “ümumi asayişi pozmaq” ittihamı ilə saxlanılmışdı.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Nov.20.2020: Qarabağ Savaşı və Bütöv Azərbaycan Ülküsünün Dirçəlişi

2020-11-28

gun az article

GünazTV Nov.27.2020-Azadlıq səsi: Güney Azərbaycan hazır olmalıdır.

2020-11-28

gun az article

“Amnesty International Türkiyə” Abbas Lisaninin sərbəst buraxılması üçün imza kampaniyası başladıb.

2020-11-27

gun az article

GünazTV Nov.27.2020 : 27 illik Kəlbəcər həsrətindən sonra Azərbaycan ordusu qədim Kəlbəcərdə möhkəmləndirmə işləri aparır

2020-11-27

gun az article

Qarabağın azadlığına dəstək verən "Səid Sultani və Babək Kiyumərsi" nin həbsindən 55 gün keçdi.

2020-11-27

gun az article

Güney Azərbaycanın Süngün mədəninin işçiləri mühacir kürdlərlə əvəz edilir

2020-11-27

gun az article

“Həştərud”da yol qəzası baş verib

2020-11-27

gun az article

Bostanabadın 130 kəndinin yolu bağlanıb

2020-11-27

gun az article

Əli Xeyrcu və Meysəm Colani Ərdəbil məhkəməsinə çağırılıb

2020-11-27

gun az article

Şərqi Azərbaycanda incəsənət müəssisələri müflis olmaqla üz-üzədir

2020-11-27

gun az article

Şərqi Azərbaycanda işlə bağlı ölümlərdə artım

2020-11-27

gun az article

Güney Azərbaycanın “Həştərud” bölgəsində ağır qar səbəbilə 120 kənd təcrid olunub

2020-11-27

gun az article

Urmu həbsxanasında baş verən üsyanda 15 məhbus ağır yaralanıb

2020-11-27

gun az article

Güneyli ekizlər "Varan" və "Ozan"a türk adlarına görə sənəd verilmir

2020-11-27

gun az article

GünazTV Nov.26.2020-Sözümüz: Azərbaycan Dərgiləri

2020-11-27

gun az article

GünazTV Nov.26.2020- Düşünməyə Çağırı: Qarabağ və Gərçəklər

2020-11-27

gun az article

Urmu şəhərinin bir çox yerlərində elektirik enerjisi kəsilib

2020-11-26

gun az article

Ərdəbil şəhərinin duvarlarında məhbus milli fəallara dəstək qrafitləri

2020-11-26

gun az article

GünazTV Nov.26.2020: Paylaşım programı 2-ci Bölüm

2020-11-26

gun az article

Güney Azərbaycanın bəzi bölgələrinə qar yağıb- FOTO

2020-11-26