SON XƏBƏRLƏR

Ərdəbildə istehsal olunan bal Ümumdünya İrs Siyahısında qeydə alınıb

2021.10.20, 07:36
Ərdəbildə istehsal olunan bal Ümumdünya İrs Siyahısında qeydə alınıb

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyaləti Ticarət, Mədən və Sənaye Təşkilatının rəisi təmsil etdiyi əyalətdə istehsal olunan Səbəlan (Savalan) balının Ümumdünya Mədəni İrs Siyahısında qeydə alındığını bildirib.

 

Martın 6-da xəbəri açıqlayan Hamid Amilinin sözlərinə görə, Ərdəbildə istehsal olunan bal ölkənin 10 strateji qida məhsulundan biri kimi İranın milli siyahısına daxil edildikdən sonra Ümumdünya İrs Siyahısında qeydə alınıb.

 

“Ərdəbil balı digər əyalətlərin məhsulu ilə müqayisədə daha keyfiyyətlidir, elə ona görə də siyahıda qeydə alınıb. Bu hadisə əyalətin məhsuluna xüsusi etibar qazandırır. Eyni halda məhsul daha yaxşı tanınacaq və bununla da keyfiyyətsiz məhsul buraxan istehsalçıların bu addan sui-istifadə etməsinin qarşısı alınacaq”- deyə H.Amili bildirib.

 

Ərdəbil Əyaləti Ticarət, Mədən və Sənaye Təşkilatının rəisi hal-hazırda Nəminin əqiq daşının ölkə və ümumdünya irs siyahısında qeydiyyata alınması üçün müəyyən işlərin görüldüyünü də diqqətə çatdırıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar