Ərdəbildə koronovirus təhlükəli səviyyədə yayılmaqda davam edir- məhbus milli fəalların canı təhlükədədir

2020-12-10 14:11

Ərdəbil Tibb Elmləri Universitetinin sədri Ərdəbildə koronovirus infeksiyasının yayılma tempinin sürətlə davam etdiyini açıqladı. O, 24 saat ərzində əyalət xəstəxanalarında korono xəstəliyi olan 10 nəfərin öldüyünü bildirdi.

Gunaz.tv Quote | Gunaz article

Doktor Şəhram Həbibzadə açıqlamasında, "bu müddət ərzində Ərdəbil əyalətinin xəstəxanalarına 64 yeni koronavirus xəstəsinin müraciət etdiyini" dedi.


Onun sözlərinə görə, hazırda Ərdəbil əyalətində 445 koronovirus infeksiyasının daşıyıcısı xəstəxanaya yerləşdirilib, onlardan 83 nəfəri "reanimasiya" şöbələrində müalicə olunur.

 

Dr. Həbibzadə, xəstəxana çarpayılarının əksəriyyətini koronnovirus xəstələrinin tutduğunu deərək, Ərdəbil, Parsabad (Muğan) və Bilesvar şəhərlərində infeksiyanın təhlükəli “qırmızı” səviyyədə olduğunu açıqladı.

 

Qeyd edək ki, Ərdəbil həbsxanası da koronnovirusun qırmızı vəziyyətindədir və bu həbsxanadakı korono faciəsi azərbaycanlı siyasi məhbusların həyatını təhlükə altına alır.

 

Həbsxananın içindən gələn məhkumlara görə, Ərdəbil Mərkəzi Həbsxanasının bütün şöbələri, xüsusilə də 7-ci şöbədə koronovirus geniş yayılıb. Məhkumların əksəriyyətində koronovirus infeksiyasının əlamətləri görünür.

 

Bununla birlikdə, Ərdəbil həbsxanalarının rəisi “Seyid Hoseyni”, məhkumların sağlamlıq vəziyyəti ilə bağlı xəbərləri təkzib edərək "bu günə qədər Ərdəbil həbsxanalarında şübhəli koronavirus hadisəsi müşahidə edilmədiyini və bu kimi hallarla bağlı hər hansı bir məlumatın yalan olduğunu" iddia edib”.

 

Ancaq məsələ ilə bağlı insan haqları təşkilatları BMT və Beynəlxalq Səhiyyə Təşkilatına müraciətlər edərək, Ərdəbil həbsxanasında yoxlamaların aparılmasını istəyiblər.

 

Ərdəbil həbsxanasında saxlanılan tanınmış milli fəal Abbas Lisani və başqa bir neçə məhbusda koronovirus xəstəliyinin bütün simptomları görünüb. Cəza evinin həkimləri onların həbsxanadan qıraq klinikalarda müalicə almalı olduqları haqqında qəti rəy versələrdə, həbsxana rəhbərliyi və prokrorluq orqanları buna icazə verməkdən imtina edib.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.14.2021: PARLAQ GƏLƏCƏK: Məhbuslarla Millətimizin Birliyi, Güney Azərbaycan’in Zəfəri, Güney Azərbaycan İran’dakı İntisabata Yox Deyir

2021-06-14

gun az article

Təbrizdə siyasi məhbuslara dəstək davam edir- FOTOLAR

2021-06-14

gun az article

“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”-Xiyavdan siyasi məhbuslara dəstək

2021-06-14

gun az article

Güneyli məhbus qardaşlar Təbriz həbsxanasının karantin bölməsinə köçürülüb

2021-06-14

gun az article

“Urmu Birlik səsi” qrupu Şəhər Şurası seçkiləri üçün vahid namizədlər siyahısı tərtib edib

2021-06-14

gun az article

Ərdəbildə Abbas Lisaniyə böyük dəstək- "Azərbaycan oğullarının səsi batmayacaq" -VİDEO

2021-06-14

gun az article

Evin həbsxanasında aclıq aksiyası başladı

2021-06-14

gun az article

Aclıq aksiyası Evin həbsxanasına sıçradı- Daha üç güneyli məhbus aksiyaya qoşulur

2021-06-13

gun az article

Təbrizdə siyasi məhbuslara dəstək aksiyası genişlənir- FOTOLAR

2021-06-13

gun az article

Ərdəbil həbsxanasında aclıq aksiyası keçirən məhbuslar karantin bölməsinə köçürülüb

2021-06-13

gun az article

Türkiyənin İYİ Partiyasından Abbas Lisaniyə dəstək mesajı

2021-06-13

gun az article

Abbas Lisani ilə bağlı durum BMT-nin Baş katibi və Ali Komissarlığının illik hesabatında

2021-06-13

gun az article

Siyasi məhbusların şəkilləri Təbriz küçələrinə vuruldu - FOTOLAR

2021-06-13

gun az article

İnsan Haqları Cəmiyyəti Abbas Lisani ilə bağlı açıqlama yaydı: "Təcili müalicə olunmalıdır"-VİDEO

2021-06-13

gun az article

Abbas Lisanidən həbsxana rəhbərliyinə xəbərdarlıq: "Siyasi məhbuslara zülm dayandırılmasa sonadək savaşacam"

2021-06-13

gun az article

Güney Azərbaycanda Abbas Lisaniyə möhtəşəm dəstək aksiyası: Təbrizin küçə və meydanlarına şüarlar yazıldı

2021-06-13

gun az article

Makıda şəhər şurasının üzvü həbs edilib

2021-06-13

gun az article

Ərdəbildə İbrahim Rəisiyə ittiham: “Xalqın hüquqdan danışmasın!”-FOTO

2021-06-13

gun az article

Güneyli məhbusların aksiyası genişlənir- Daha üç məhbus aclığa qoşuldu

2021-06-13

gun az article

Təbrizdə iki mədəni fəal həbsxanaya aparılıb

2021-06-12