SON XƏBƏRLƏR

Ərdəbildə məhkəmə dosyelərinin yalnız 10 faizinin vəkili var

2021.10.20, 07:36
Ərdəbildə məhkəmə dosyelərinin yalnız 10 faizinin vəkili var

Gunaz.tv

GünAz TV: Ərdəbil prokurorluğunun vəkillər kollegiyasının rəisi Əlirza Lütfi əyalət məhkəmələrində vətəndaşların haqlarının tapdalanmasından nigaranlığını bildirib.

 

O bu barədə fevralın 26-da keçirdiyi mətbuat konfransında danışıb.

 

“Təəssüflər olsun ki, Ərdəbil əyalətində məhkəmə dosyelərinin yalnız 10 faizinin vəkili var. Bu məsələ xüsusi nigaranlıq doğurur, ona gərə ki, vəkilin olmaması şikayət  tərəflərin hüquqlarının pozulmasına səbəb ola bilər”- deyə o bildirib.

 

Vəkillər Kollegiyasının rəisi prosesdə vəkilin iştirakının məcburu olmadığını tənqid edərək vurğulayıb ki, bu məsələ bir çox problemə yol açır, bu zəmində lazımi qərarların veriləcəyinə ümid edirik.

 

Onun sözlərinə görə, yalnız cəzası ağır olan dosyelər üçün vəkil tələb olunur və bu məsələ vəkilin məhkəmə prosesində əhəmiyyətini göstərir.  

 

Əlirza Lütfi vəkillərin də sözügedən problemdən ziyan çəkdiyini diqqətə çatdırıb. “Hal-hazırda bir çox vəkil iqtisadi baxımdan ağır durumdadır. Ərdəbil Əyalətində 1000 vəkil var, onlardan yalnız 50 faizi prokurorluğun vəkillər kollegiyasına üzvdür. Biz imkan daxilində vəkillərin problemlərini həll etməyə çalışırıq”- deyə o bildirib.

 

Qeyd edək ki, İranda məhkəmə prosesinin vəkilsiz keçirilməsi hər zaman etirazlara səbəb olub. Vəkilin olması nəinki məcburi deyil, bir çox halda müttəhimlərə vəkil tutmaq imkanı verilmir. Belə hallara azərbaycanlı milli-mədəni fəalların məhkəmə prosesində dəfələrlə rast gəlinib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar