Ərdəbildə İbrahim Rəisiyə ittiham: “Xalqın hüquqdan danışmasın!”-FOTO

2021-06-13 11:38

İyunun 12-dən 13-ə keçən gecə Ərdəbil şəhərinin milli-mədəni fəalları Abbas Lisani və başqa Güney azərbaycanlı siyasi məhbuslara dəstək aksiyasını davam etdirib.

Gunaz.tv Quote | Gunaz article

Milli fəllar yenidən şəhərin divarlarına milli şüarlar yazıb, qrafitlər çəkiblər.


Qrafitlər və divar yazılarında “Abbas Lisaninin həyatı təhlükədədir”, “azərbaycanlı məhbuslarının hüquqlarını pozan Məhkəmə Sisteminin başçısı (İbrahim Rəisi) xalqın hüququndan danışmasın!”, “Tehranda seçkilər, Azərbaycanda aksiya”, “Abbas Lisani və sevdiyimiz insanları qoruyacayıq”, “Abbas Lisanini müdafiə üçün ayağa qalxaq” və digər sözlər əks olunub.

 

Fəallar İran Məhkəmə Sisteminin başçısı, prezidentliyə namizəd İbrahim Rəisinin seçki təbliğat və təşviqatı kampaniyalarında xalqın hüququndan danışmasını qınayaraq ona "azərbaycanlı məhbusların hüquqlarını pozan məhkəmə sisteminin başçısı xalqın hüquqdan danışmasın!"-deyə, müraciət ediblər.

Qeyd edək ki, Abbas Lisani iyunun 12-i səhər tezdən aclıq aksiyasına əl atıb və bu gün 13 iyundan etibarən quru aclıq aksiyasına başlayacağını bildirib.


O, ağır cinayətlər törətmiş məhkumların siyasi məhbusların kameralarına köçürülməsinə, həbsxana rəhbərliyinin siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz olaraq aksiyaya başlayıb. Lisani belə məhkumların siyasi məhbusların saxlanıldığı bölmələrə köçürülmələrinin dayandırılmasını tələb edir.


Abbas Lisaniyə dəstək məqsədilə siyasi məhbus Yusif karinin aclıq aksiyasına əl atmasından sonra Ərdəbil həbsxanasında saxlanılan daha üç Güney azərbaycanlı siyasi məhbus bu gün səhər saatlarından aclıq aksiyasına başlayayıblar.


Mehrdad Şeyxi, Rza Vasiqi və Əli Vasiqi, Abbas Lisaninin irəli sürdüyü istəklərə dəstək və onunla həmrəylik məqsədilə bu gün iyunun 13-ü səhər saatlarından aclıq aksiyasına qoşulublar.


Onlar Abbas Lisaninin aclıq aksiyasını davam etdirdiyi müddətcə onu yalnız buraxmayacaqlarını və aksiyalarını davam etdirəcəklərini deyiblər.


 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmunun “Urumdəşt” zavodunun işçiləri narazıdır: 15 ildir əmək haqları verilmir

2021-08-04

gun az article

Urmu həbsxanasında daha bir məhbus edam ediləcək

2021-08-04

gun az article

Qaşqay bölgəsində yanğın dəhşəti: Bir ailənin 3 üzvü həlak oldu-VİDEO

2021-08-04

gun az article

Urmu və Ərdəbildə yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmır

2021-08-04

gun az article

Güney Azərbaycanda məktəb binaları çatışmır: Xeyriyyəçi iş adamları daha 3 məktəbin tikintisinə başlayıb

2021-08-04

gun az article

Sel və daşqın Qəzvin yollarına 20 milyard tümən ziyan vurub

2021-08-04

gun az article

İranda virus tüğyan edir: Xəstəxanalarda yer çatışmır, ölənlər kütləvi məzarlıqda basdırılır

2021-08-04

gun az article

Güney Azərbaycanda ekoloji böhran böyüyür: 4 göl quruyub-FOTOLAR

2021-08-04

gun az article

Tufarqanda güclü yanğın: 7 nəfər xəsarət alıb-VİDEO

2021-08-04

gun az article

Urmuda avtobus sürücüləri tətilə başladı

2021-08-04

gun az article

Milli fəal Behnam Şeyxinin iki illik sürgün cəzası başlayıb

2021-08-04

gun az article

GünazTV Aug.03.2021-Özümüz: Azərbaycan Sözünün Anlamı və Coğrafiyası

2021-08-03

gun az article

GünazTV Aug.03.2021-GÜNDƏM MASASI: Türkiyədə meşə yanğınları və İrançı-farsların tutumu

2021-08-03

gun az article

GünazTV August.01.2021: HƏFTƏ SONU 7-Cİ BÖLÜM

2021-08-03

gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03

gun az article

Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03

gun az article

ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

2021-08-03