SON XƏBƏRLƏR

Ərdəbildə Rəhim Qulaminin apelyasiya məhkəməsi keçirilib

2021.10.20, 07:36
Ərdəbildə Rəhim Qulaminin apelyasiya məhkəməsi keçirilib

Gunaz.tv

GünAz TV: Avqustun 27-də güney azərbaycanlı milli-mədəni fəal, şair və yazıçı Rəhim Qulaminin apelyasiya məhkəməsi keçirilib.

 

Fəalın məhkəmə iclası Ərdəbil Əyaləti Apelyasiya Məhkəməsinin 1-ci şöbəsində baş tutub.

 

Fəal prokurorluğun hazırladığı iddianamədə “sistemin əleyhinə təbliğat aparmaq”, “GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) təşkilatına üzv olmaq” və “Ruhulla Xomeyni”ni təhqir etməkdə ittiham olunmuşdur. Lakin o Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında birinci iki ittihamdan bəraət qazanıb, “Ruhulla Xomeyni”nini təhqir etmək ittihamı ilə 1 il həbs cəzasına məhkum edilib.

 

Fəal məhkəmə prosesi zamanı irəli sürülən bütün ittihamları rədd edərək məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarında quraşdırılan dosyelərdən asılı olmamağa çağırıb.

 

Rəhim Qulami iki ay müvəqqəti saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında aprel ayında Ərdəbil zindanından müvəqqəti azadlığa buraxılıb.

 

Şair, araşdırmaçı və yazıçı olan Rəhim Qulami Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb. Azərbaycanın qələm əhli fəalın son saxlanmasını topladığı türkcə Lüğət əsəri ilə əlaqədar olduğunu düşünür.

 

Rəhim Qulami “Yaylıq” nəşr evi tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” əsərlərinin müəllifidir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar