SON XƏBƏRLƏR

Ərdəbildə spirtdən ölən və zəhərlənənlərin sayı artıb

2021.10.20, 07:36
Ərdəbildə spirtdən ölən və zəhərlənənlərin sayı artıb

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, ötən günlərdə Ərdəbil şəhərində çox sayda insan texniki spirtdən zəhərlənib, onlardan üçünün həyatını itirdiyi bildirilir.

 

Bu barədə çərşənbə günü Ərdəbil Tibb Universitetinin rəis müavini Dr. Məhəmmədrza Rzayibina məlumat verib.

 

“Son 3 gün ərzində spirtdən zəhərlənən 40 nəfər tibb mərkəzlərinə müraciət edib. Onlardan 3-ü həyatını itirib, 1-i beyin ölümünə düçar olub, əksəriyyəti isə xəstəxanada müalicə olunur.”- deyə o bildirib.

 

Tibb universitetinin rəsmisi əlavə edib ki, bəziləri spirtin koronavirusun qarşısını almaqda təsirli olduğunu düşünür, amma bu elə deyil. Spirtlə mühiti və bir çox şeyi dezinfeksiya etmək mümkündür, lakin onu içmək olduqca təhlükəlidir, insan həyatını itirə bilər.

 

Bu barədə yayılan məlumatda vurğulanıb ki, ötən günlərdə spirtin koronavirusun qarşısını almaqla bağlı şayiələr yayılıb. Ona görə də belə hadisələr baş verir.

 

Bildirilir ki, fürsətçilər pul əldə etmək məqsədi ilə texniki spirtə müəyyən kimyəvi maddələr əlavə edərək onun rəngini dəyişib və tibbi spirt adına satıblar.

 

Ərdəbilin Tibb Universiteti bu barədə bəyanat yayaraq sözügedən şayiə ilə əlaqədar ciddi xəbərdarlıq edib. Bəyanatda vurğulanıb ki, tibbi və texniki spirtin koronavirusun qarşısını almaqda heç bir təsiri yoxdur, əksinə spirtdən bu şəkildə istifadə etmək insanların həyatı üçün olduqca təhlükəlidir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar