SON XƏBƏRLƏR

Ərdəbildə tanınmış fəalın azadlığa buraxılması tələb olunur: “Biz hamımız Abbas Lisaniyik” – GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbildə tanınmış fəalın azadlığa buraxılması tələb olunur: “Biz hamımız Abbas Lisaniyik” – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz saxlanılan tanınmış milli-mədəni fəal Abbas Lisaninin azadlığa buraxılması tələb olunur.

 

Bu məqsədlə azərbaycanlı milli-mədəni fəallar divarlara bir çox şüarlar yazıblar. Hazırda şəhərin müxtəlif məntəqələrində “Biz hamımız Abbas Lisaniyik”, “Abbas Lisani azad olunsun”, “Abbas Lisani Azərbaycan millətinin səsidir”, “Azərbaycan millətinin müdafiəçisini azad edin” və s. kimi şüarlara rast gəlinir.

 

Milli-mədəni fəallar vurğulayıb ki, Azərbaycan türk millətinin hüquqlarını müdafiə etmək cinayət sayılırsa, o zaman biz hamımız həbs olunmağa hazırıq.

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclası bitdikdən sonra Təbriz Şəhər Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb, aradan bir neçə gün keçməsinə baxmayaraq onun harada saxlandığı barədə heç bir məlumat yoxdur.

 

Abbas Lisaninin mühakimə olunduğu Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinin hakimi bununla bağlı təbrizli fəalların sualını cavablandıraraq bildirib ki, Abbas Lisaninin mərhum Həsən Dəmirçinin məzarı başında etdiyi çıxışla bağlı işə baxılır, bu dosye ilə əlaqədar hələ qanuni prosedur başa çatmayıb və onun saxlanmasının sözügedən dosye ilə heç bir əlaqəsi yoxdur.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar