SON XƏBƏRLƏR

Ərdəbildə təhlükəsizlik qüvvələri “Gəmiçi” filminin ekrana çıxarılmasına icazə verməyib

2021.10.20, 07:36
Ərdəbildə təhlükəsizlik qüvvələri “Gəmiçi” filminin ekrana çıxarılmasına icazə verməyib

Gunaz.tv

GünAz TV: İranın təhlükəsizlik qüvvələri Urmu Gölü və ətrafında çəkilmiş “Gəmiçi” filminin Ərdəbildə ekrana çıxarılmasına icazə verməyib.

 

Öncədən elan olunduğu kimi, film noyabrın 29-u yerli vaxtla saat 18:00-da Ərdəbilin İnqilab Kinoteatrında ekrana çıxarılmalı idi. Lakin təhlükəsizlik qüvvələri naməlum səbəbdən öncədən icazəsi alınan filmin nümayişinə mane olublar.

 

Filmin nümayişi zamanı onun rejissor və müəllifinin kinoteatrda olacağı gözlənilirmiş.

 

Mədəni fəaliyyətlərin qarşısının alınması faktına bütün Azərbaycan şəhərləri, xüsusi ilə də Ərdəbildə tez-tez rast gəlinir. Son dəfə oktyabrın 30-da Ərdəbilin Mədəniyyət və İslami İrşad idarəsi türk fəal və rəssam Mustafa Prəvinin Ərdəbildə keçirmək istədiyi rəsm sərgisini ləğv etmişdir.

 

Rejissoru Məcid İsmaili Parsa olan “Gəmiçi” filminin mövzusu əsasən uşaqlar və yeniyetmələrlə bağlıdır və Urmu Gölü ətrafında cərəyan edən ekoloji fəlakətə də diqqət yetirir. Film atasının Urmu Gölündə saya oturmuş gəmisini bərpa etməyə çalışan Həsən adlı bir yeniyetmənin hekayəsi və onun üzləşdiyi çətinlikləri anladır. Filmin əksər səhnələri həmin gəmi daxilində çəkilib.

 

“Gəmiçi” filmi Bruklin Film Festivalı kimi 20-dən çox xarici və daxili festivalda nümayiş etdirilib bir çox mükafarlara layiq görülüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar