Ərdəbildə türk dilində kitab paylama kampaniyası davam edir – GÖRÜNTÜ

04.10.2018, 06:42

GünAz TV: Güney Azərbaycan şəhərlərində təhsil müəssisələrinin açılış günü ərəfəsində başlayan mədəni tədbirlər davam etməkdədir.

 

Ərdəbildə sentyabrın 23-də “Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” şüarı ilə başlayan kampaniya dərs ilinin ikinci həftəsində də davam etdirilib, çərşənbə günü bir çox azərbaycanlı məktəbliyə türk dilində kitablar hədiyyə olunub.

 

Kitab paylayan fəallar eyni zamanda İranda türk dilinin rəsmi dil olması və ana dilində təhsilin əhəmiyyəti ilə bağlı söhbət edir, bu barədə şagirdlər, valdeynlər və müəllimlərin fikir və təkliflərini öyrənirlər. Məqsəd ana dilində təhsillə bağlı tam olaraq ortaq məxrəcə gəlmək və eyni mövqedən çıxış etməkdir.

 

Fəalların kitab paylama kampaniyası şagirdlər və onların valdeynləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Güney Azərbaycanda yeni dərs ili, Beynəlxalq Ana Dili Günü və Novruz bayramı günlərində bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir. Bu il isə təhsil müəssisələrinin açılışı günü “Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” və “Hər Traxtur komandası tərəfdarı üçün bir kitab” şüarı ilə başlayan kitab paylama kampaniyası daha geniş şəkildə həyata keçirilib.

 

İranda türk dilinin rəsmi olması və ana dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır, bu məsələ ilə bağlı yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib.

 

 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01