SON XƏBƏRLƏR

Ərdəbildə türk dilində musiqili “Pinti” tamaşası nümayiş etdiriləcək

2021.10.20, 07:36
Ərdəbildə türk dilində musiqili “Pinti” tamaşası nümayiş etdiriləcək

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində türk dilində musiqili “Pinti” tamaşası səhnələşdiriləcək.

 

Tamaşa sentyabrın 16-dan 20-dək Fədək incəsənət və mədəniyyət kompleksində nüşayiş etdiriləcək.

 

Musiqili “Pinti” tamaşasının ssenari müəllifi şair və yazıçı Ramin Cahangirzadə, rejissoru isə Rza Pezeşkidir. Tamaşa 6-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub.

 

Musiqisi Bəhram Rəcəbəlidən olan “Pinti” tamaşasının  geyim və səhnə dizayneri Cavad Əlayi, qrim ustası Rüqəyyə Müqtədir və işıqçısı Davər Nəcəfidir.

 

Tamaşada Sənəm Ərbabi, Asan İlahi, Kiyana İbrahimi, Aynaz Neməti, Araz Qaffarzadeqan, Veniz Nəcəfi, Moin MüqtədirAzər, Əhmədrza Neməti, Şirin Qeyrəti və Səna Firuzi aktyor kimi çıxış edəcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar