Ərdəbildə uşaqlara türkcə ad verilməsinə qoyulan qadağaya qarşı divarlara şüarlar yazılıb + GÖRÜNTÜ

2020-09-24 14:45

Güney azərbaycanlı milli fəallar azərbaycanlı uşaqlara türkcə ad verilməsinə qoyulan qadağalar və ailələrə göstərilən təzyiqlərə qarşı Ərdəbil şəhərinin divarlarına şüarlar yazıblar.

Gunaz.tv Quote | Gunaz article

Məlumata əsasən, ərdəbilli vətəndaşlar şəhərin müxtəlif küçə və məhəllələrində divarlara “sistemli irqçiliyə son!”, “şovinist düşüncəyə yox!”, “Övladıma hökumət ad seçə bilməz!”, “irqçiliyə ar olsun!”, “uşağa ad vermə hüququ təmin olunmalıdır!”, “mənim adım Ayıl!” və s. kimi şüarlar yazaraq İran hakimiyyətinin adı türkcə olan uşaqlara şəxsiyyət vəsiqəsi verməmək siyasətinə etirazlarını bildiriblər.

 

Qeyd edək ki, Ərdəbil şəhərində valideynlərinin “Ayıl” adı seçdiyi qıza 2 aydır ki, şəxsiyyət vəsiqəsi verilmir.

 

Uşağın atası azərbaycanlı milli fəal və sənətkar Səccad Colani ötən həftələrdə Ərdəbilin Qeydiyyat Şöbəsinin qarşısında çəkdiyi videoda bildirib ki, şöbənin məsulları ona “Ayıl” adına şəxsiyyət vəsiqəsi verilməsi üçün Tehrandan icazə tələb olunduğunu deyiblər.

 

Qeydiyyat Şöbəsinin məsullarının dediyinə görə, Tehranda üç fars ədəbiyyatı mütəxəssisindən ibarət olan heyət Ayıl adına şəxsiyyət vəsiqəsinin verilib verilməməsi barədə qərar verəcəklər.

Şöbənin məsulları həmçinin şifahi olaraq Colani ailəsinə seçdikləri adın təsdiqlənməyəcəyini bildiriblər.

 

Colaninin fikrincə, “İran rejimi xalqın ayılmasından vahiməli olduğu üçün türkcə Ayıl adının qeydiyyata alınmasına qarşı çıxır”.

 

İranda yalnız hökumət tərəfindən Qeydiyyat Şöbələrinə elan olunan siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir. Bu siyahıda türk adlarının böyük əksəriyyəti yer almayıb.

 

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04

gun az article

Güney Azərbaycanda edam cəzalarının sayı artıb

2021-05-04

gun az article

Təbrizin məşhur futbol klubu fəaliyyətini dayandırdı

2021-05-04