SON XƏBƏRLƏR

Ərdəbildə yüzlərlə poster paylanılıb: “Siyasi məhbuslar və mədəni mübarizlərin səsi olaq” – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbildə yüzlərlə poster paylanılıb: “Siyasi məhbuslar və mədəni mübarizlərin səsi olaq” – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində əhali arasında çox sayda poster paylanılıb. Güney azərbaycanlı fəallar tərəfindən hazırlanan posterlər şəhərdə divarlara da yapışdırılıb.

 

Həbsdə olan bir neçə azərbaycanlı milli-mədəni fəalın görüntüsünün əks olunduğu posterlərdə soydaşlarımıza xitabən bildirilib: “Siyasi məhbuslar və mədəni mübarizlərin səsi olaq”.

 

Son aylarda Tehran və Güney Azərbaycan şəhərlərində oxşar qondarma ittihamlarla onlarla azərbaycanlı mədəni fəal saxlanılıb və həbs cəzasına məhkum edilib. Bundan əlavə, yüzlərlə fəal təhlükəsizlik orqanlarına çağırılaraq sorğu-suala tutulub və təhdid edilib.

 

Həmçinin Azərbaycan camiəsi və türklərin demokratik və mədəni hüquqları zəminində fəaliyyət göstərən bir neçə mətbuat orqanının fəaliyyəti məhkəmə və təhlükəsizlik orqanları tərəfindən dayandırılıb.

 

Azərbaycan şəhərlərində “farsca yetərlilik” testinin tətbiq olunması, Qaradağ meşələri və Təbriz bazarı kimi yerlərdə baş verən yanğının qəsdən vaxtı-vaxtında söndürülməməsi, ağacların kəsilməsi, Urmu gölünün bərpa edilməsi üçün heç bir tədbir alınmaması və ətraf mühitin çirkləndirilməsi kimi digər məsələlər də son vaxtlar Güney Azərbaycanda daha geniş vüsət alıb.

 

Bir müddət əvvəl İran Parlamentinin sədr müavini Əli Mütəhhəri İnstaqram səhifəsində paylaşdığı postda ölkənin səlahiyyətli şəxslərinin apardığı anti-türk və anti-Azərbaycan siyasətini etiraf etmişdir.

 

https://www.youtube.com/watch?time_continue=6&v=96snvT6kb8I

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar