Urmuda çörək bahalaşdı

2021-06-09 13:25

Güney Azərbaycanın Urmu şəhərində çörəyin qiyməti artıb. 

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Urmu Çörəkçilər Birliyinin başçısı Allahverdi Həsənzadə məlumat verib. O, çörəyin qiymətinin 10 faiz artdığını bildirib.

"Çörəkxanalarda əlavə xərclər artdığına görə, bir neçə gün öncədən qiymət artımı baş verib”-deyən Allahverdi Həsənzadə əhalinin narazılığını yersiz sayıb.

A.Həsənzadə qiymət artımının bütün çörək növlərinə şamil edildiyini bildirib, əhaliyə çağırış edərək qiyməti 10 faizdən çox artıran çörəkxanalar barədə müvafiq qurumlara məlumat verilməsini xahiş edib.

Qeyd edək ki, ötən həftə Ərdəbil əyalətində başqa məhsullarla yanaşı çörəyin qiymətinin artması əhalinin narazılığına səbəb olmuşdu.

“TASNİM”-ə müsahibə verən yerli gənclərdən biri bahalaşmanın sosial probemləri dərinləşdirdiyini bildirib. 

"İnsanların maddi durumu günü-gündən pisləşir. İndiki durumda əhalinin bir çoxu yavan çörək almaq iqtidarında deyillər. Belə bir vəziyyətdə çörəyin qiymətinin artması vətəndaşların narahatlığını daha da artırır”-deyə, o, qeyd edib.

Ərdəbil əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı Ramin Sadiqi də məsələyə münasibət bildirib. 

"Vacib məhsulların, o cümlədən bitki yağı, şəkər və sementin qiymətinin bahalaşması ölkə bazarının tənzimlənməsi üzrə işçi qrupunun 133-cü və 139-cu iclasının qərarları əsasında baş verib, bu yalnız bir neçə əyalət üçün deyil, bütün əyalətlərə şamil edilir”-deyə, o, bildirib.

Milli Buğda İstehsalçıları Fondunun başçısı Ətaullah Haşimi çörəyin qiymətinin artırılmasını qanun pozuntusu adlandırıb.

Haşimi çörək sexlərinə verilən unun qiymətində heç bir artım olmadığı halda çörəyin qiymətinin qaldırılmasını vətəndaşlara qarşı açıq-aşkar haqsızlıq adlandırıb və əlaqədar qurumları, məsulları məsələyə biganəlikdə günahlandırıb.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23

gun az article

İran hökuməti Təbrizdən İrəvana aviareys açmağa hazırlaşır

2021-06-23

gun az article

Təbrizdə sağlıq ocaqları yerli xeyriyyəçilərin hesabına tikilir

2021-06-23

gun az article

Təbrizdə özbaşınalıq: Bələdiyyə məmurları yaşlı qadının evini dağıdıb-VİDEO

2021-06-23

gun az article

Qərbi Azərbaycanda zəlzələ baş verib

2021-06-23

gun az article

GünazTV June.22.2021-Özümüz: Türkçülük Qılığında Azerbaycan Düşmənliyi

2021-06-23

gun az article

GünazTV June.22.2021-GÜNDƏM MASASI: İrandakı “seçkilər” və kütlənin siyasi mesajı.

2021-06-22

gun az article

"BBC Persian"dan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik

2021-06-22

gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22