SON XƏBƏRLƏR

Ərdəbilin “Balıqlı çay”ı tədricən məhv olur - GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbilin “Balıqlı çay”ı tədricən məhv olur - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda başda Urmu gölü olmaqla bir çox məntəqədə ətraf mühit problemi yaşanır.

 

Artıq Ərdəbil şəhərinin içindən keçən “Balıqlı çay” da tədricən məhv olmaqdadır. “Təsnim” xəbər agentliyi bildirir ki, səlahiyyətli şəxslər özlərini reklam etmək məqsədi ilə Qüds körpüsü projesində işləri yekunlaşdırmır və bu səbəbdən çaya su buraxılmır. Çayda artıq bir çox problem yaranıb, balıqlar və çayın ətrafında yaşayan quşlar demək olar ki, məhv olmaq üzrədir. Ümumiyyətlə bu ərazidə təbii ekosistem böyük təhlükə ilə üzləşib.

 

Bu vəziyyətə Ətraf Mühit Təşkilatı və digər aidiyyatı orqanların səssiz qaldığı bildirilir, onlar tarixən Ərdəbilə xüsusi gözəllik verən çayın tədrici ölümünü sadəcə seyr etməklə məşğuldular.

 

Qeyd edək ki, şəhər əhalisi boş vaxtlarında zaman içində şəhərin simvoluna çevrilən “Balıqlı çay”ın kənarında gəzib əylənir. Bu cəhətdən çayda yaşanan problem uzun müddətdir ki, şəhər əhalisini narahat edir. Soydaşlarımız buna etiraz etsə də səlahiyyətli orqanlar tərəfindən heç bir tədbir alınmır.

 

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar