Ərdəbilin Ciral parkında tutulan fəallar məhkəməyə çağırılıblar, amma mülki vəsiqənin məbləğinin azaldılması ilə razılaşmayıblar

2020-11-18 22:56

Ərdəbilin Ciral parkında Qarabağın azadlığı uğrunda keçirdiyi əməliyyatlara dəstək vermək məqsədilə sentyabrın 28-də aksiya keçirərək tutulan və müvəqqəti sərbəst buraxılan fəallar bu gün məhkəməyə çağırılıblar.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə həmin milli- mədəni fəallar, yəni Pərviz Siyasi, Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Müctəba Pərvin, Mehdi Huşmənd, Səccad Culani, Hamed Heydəri Baris, Murtuza Pərvin, Bəhmən Xeyrcu, Mustafa Pərvin, Məhəmməd Culani və Səccad Bəxşiyə bir müddət əvvəl bu barədə elektron bildiriş göndərilmişdi. Həmin bildirişdə onlardan "izahat almaq üçün" zaminləri ilə birlikdə noyabrın 18-də Ərdəbilin Ümumi və İnqilab Məhkəməsinin 10-cu şöbəsində olmaları istənilirdi. 


Həmin fəallardan 6 nəfəri- Müctəba, Murtuza və Mustafa Pərvin, Mehdi Huşmənd, Səccad Culani və Məhəmməd Culani bu gün səhər saat 10-da deyilən ünvana gediblər. 


Lakin burada hakim Babək Nounəhalın qəribə davranışı ilə rastlaşıblar. O, fəallara bildirib ki, onların məhkəməyə çağırılması ilə bağlı məlumatı yoxdur. Məhkəmənin katibi isə fəallara onlara qarşı çıxarılmış mülki vəsiqə qərarının 500 milyon tüməndən 250 milyona endirildiyini deyib. 


Fəallar bu qərara etiraz edərək, məbləğin elə də fərqlənmədiyini deyib və bununla əlaqədar sənədi imzalamaqdan imtina ediblər. 


Qeyd etmək lazımdır ki, yuxarıda adı sadalanan fəallar sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Quzey Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər. Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da həbs edilmiş və mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar. 


İran rejiminin təhlükəsizlik qüvvələrinin fəalları fiziki zor tətbiq etməklə həbs etməsi və onlarla xoşagəlməyən tərzdə davranması həm güney azərbaycanlıların, həm də bir sıra insan haqları təşkilatlarının kəskin etirazlarına səbəb olmuşdu. "Amnesty İnternational" yaydığı bəyanatda İran rejimindən son aksiyalarda tutulanların hamısının dərhal və qeyd- şərtsiz azad etməsini tələb etmişdi. 


Ə.A


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Nov.20.2020: Qarabağ Savaşı və Bütöv Azərbaycan Ülküsünün Dirçəlişi

2020-11-28

gun az article

GünazTV Nov.27.2020-Azadlıq səsi: Güney Azərbaycan hazır olmalıdır.

2020-11-28

gun az article

“Amnesty International Türkiyə” Abbas Lisaninin sərbəst buraxılması üçün imza kampaniyası başladıb.

2020-11-27

gun az article

GünazTV Nov.27.2020 : 27 illik Kəlbəcər həsrətindən sonra Azərbaycan ordusu qədim Kəlbəcərdə möhkəmləndirmə işləri aparır

2020-11-27

gun az article

Qarabağın azadlığına dəstək verən "Səid Sultani və Babək Kiyumərsi" nin həbsindən 55 gün keçdi.

2020-11-27

gun az article

Güney Azərbaycanın Süngün mədəninin işçiləri mühacir kürdlərlə əvəz edilir

2020-11-27

gun az article

“Həştərud”da yol qəzası baş verib

2020-11-27

gun az article

Bostanabadın 130 kəndinin yolu bağlanıb

2020-11-27

gun az article

Əli Xeyrcu və Meysəm Colani Ərdəbil məhkəməsinə çağırılıb

2020-11-27

gun az article

Şərqi Azərbaycanda incəsənət müəssisələri müflis olmaqla üz-üzədir

2020-11-27

gun az article

Şərqi Azərbaycanda işlə bağlı ölümlərdə artım

2020-11-27

gun az article

Güney Azərbaycanın “Həştərud” bölgəsində ağır qar səbəbilə 120 kənd təcrid olunub

2020-11-27

gun az article

Urmu həbsxanasında baş verən üsyanda 15 məhbus ağır yaralanıb

2020-11-27

gun az article

Güneyli ekizlər "Varan" və "Ozan"a türk adlarına görə sənəd verilmir

2020-11-27

gun az article

GünazTV Nov.26.2020-Sözümüz: Azərbaycan Dərgiləri

2020-11-27

gun az article

GünazTV Nov.26.2020- Düşünməyə Çağırı: Qarabağ və Gərçəklər

2020-11-27

gun az article

Urmu şəhərinin bir çox yerlərində elektirik enerjisi kəsilib

2020-11-26

gun az article

Ərdəbil şəhərinin duvarlarında məhbus milli fəallara dəstək qrafitləri

2020-11-26

gun az article

GünazTV Nov.26.2020: Paylaşım programı 2-ci Bölüm

2020-11-26

gun az article

Güney Azərbaycanın bəzi bölgələrinə qar yağıb- FOTO

2020-11-26