Ərdəbilin İran parlamentindəki nümayəndəsi: Əyalətdə on minlərlə gənc işsizdir

2021-03-26 15:18

Ərdəbilin İran parlamentindəki nümayəndəsi Əli Nikzad şəhərdə on minlərlə gəncin işsiz olduğunu bildirib. 

Gunaz.tv Quote | Gunaz article

O, televiziyaya verdiyi müsahibədə hal-hazırda Ərdəbildə ən azı 70 min nəfərin işsiz olduğunu  deyib. Əli Nikzadın sözlərinə görə, işsizlərin əksəriyyəti də gənclərdir.

Millət vəkili bildirib ki, işsizlik bir çox sahələrdə, o cümlədən iqtisadi, ictimai, siyasi və hətta təhlükəsizlik məsələlərində ciddi problemlərə səbəb olub.

 

Qeyd edək ki, bir müddət bundan öncə Ərdəbil əyalətinin qubernatoru Əkbər Behnamcu əyalətdə, xüsusilə Nir, Kövsər, Germi və Biləsuvar şəhərlərində işsizliyin tamamilə aradan qaldırıldığını, yeni işçi qüvvəsinə ehtiyac olduğunu iddia etmişdi.

Qubernatorun bu açıqlaması işsizlikdən əziyyət çəkən ərdəbillilərin və sosial şəbəkə istifadəçilərinin ironik münasibətləri ilə qarşılanmışdı.

 

Qubernatorun iddialarının əksinə olaraq bir çox yerli məsullar bildirir ki, dövlətin bölgəyə kapital yatırmaması ciddi problemlərə yol açıb. 
İşsizlik və yoxsulluq əyalətdən başqa şəhərlərə köçün çoxalmasına səbəb olub.

Bundan öncə Kövsər və Xalxalın İran parlamentindəki nümayəndəsi Bəşir Xaliqi bölgədən böyük şəhərlərə, özəlliklə Tehrana miqrasiyanın artdığını demişdi.

O, məcburi köç nəticəsində Kövsər əhalisinin 50 mindən 22 minə, Xalxal əhalisinin isə 91 mindən 85 min nəfərə düşdüyünü söyləmişdi.

 

“Belə davam edərsə uzağı 10 il ərzində yaşayışsız və boş qalan Xalxal, Kövsər mahallarının açarını əyalətin qubernatoruna verməli olacağıq”-deyən Bəşir Xaliqi vəziyyətin acınacaqlı olduğuna işarə edib.

Nir şəhərinin bələdiyyə başçısı Calal Məmizadə də mahalda əhalinin azalmasına diqqət çəkib. O, son vaxtlar əhali artımının -9 faiz olduğunu bidlirib. Qeyd edib ki, köçün qarşısını yeni iş yerləri yaratmaqla almaq olar.

 

Ərdəbilin İdarəetmə və Planlaşdırma Təşkilatının İqtisadi İşlər şöbəsinin müdiri mətbuata verdiyi açıqlamada əyalətdə son illər ərzində 211 kəndin tamamilə boşaldığını, əhalinin başqa böyük şəhərlərə mühacirət etdiyini deyib.

Ərdəbil Qubernatorluğunun Kənd və Kənd Şuralarının işləri üzrə sədr müavini Məsud İmami Yeganə əyalətdə olan 1859 kəndin bir qisminin tamamilə boşaldığını, başqa kəndlərdən isə istinasız olaraq Tehran və başqa böyük şəhərlərə köçün artdığını bildirmişdi.

 

Ərdəbil Yollar və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma və Memarlıq işləri üzrə direktoru da Ərdəbil və Parsabad şəhərləri istisna olmaqla başqa şəhər və kəndlərdə əhali artmının mənfi olduğunu bildirib.
 


C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11

gun az article

GünazTV May.11.2021-GÜNDƏM MASASI: İranda Azərbaycan Türklərinin sıxşdırılması

2021-05-11

gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11

gun az article

Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11