SON XƏBƏRLƏR

Ərdəbilin millət vəkili “Heyran gədiyi” ilə bağlı Daxili İşlər Nazirliyinə məktub ünvanlayıb – Məktubun mətni

2021.10.20, 07:36
Ərdəbilin millət vəkili “Heyran gədiyi” ilə bağlı Daxili İşlər Nazirliyinə məktub ünvanlayıb – Məktubun mətni

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərinin İran parlamentinin millət vəkili İranın Daxili İşlər Nazirliyinə məktub ünvanlayaraq “Heyran gədiyi” ilə bağlı lazımsız və gərginlik yaradan hərəkətlərin qarşısının alınmasını tələb edib.

 

Südeyif Bədrinin daxili işlər naziri Əbdulrza Rəhmani Fəzliyə bazar günü ünvanladığı məktub “yazılı xəbərdarlıq” başlığı ilə qələmə alınıb.  

 

“Heyran məntəqəsində Gilan Əyaləti və Astara şəhərinin bəzi hörmətli məsullarının lazımsız, gərginlik yaradan və qeyri-prinsipial hərəkətlərinin qarşısı alınsın”- deyə mətninin xülasəsi kimi, xəbərdarlıq məktubunun başlanğıcında qeyd olunub.

 

Millət vəkili məsələnin olduqca önəmli olduğunu diqqətə çatdıraraq Gilan rəhbərliyinin hərəkətlərinin nəticələri ilə bağlı ciddi xəbərdarlıq edib, “Heyran gədiyi”ində quraşdırılan lövhələrin dərhal qaldırılmasını tələb edib.

 

Məktubda digər azərbaycanlı millət vəkilləri, o cümlədən Ərdəbildən seçilən deputatların imzası görünmür.

 

S.Bədri bundan əvvəl də “Heyran gədiyi” hadisələrinə iki dəfə münasibət bildirib, lakin onun açıqlamalarında təzadlı məqamlar müşahidə olunub.

 

Xatırladaq ki, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə çox sayda lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib. Bundan sonra azərbaycanlılar, xüsusi ilə də gənclər hərəkətə keçərək lövhələri qaldırıb vəya oxunmaz hala salıblar. Azərbaycana edilən ərazi iddisına qarşı etirazlar virtual aləmdə də genişlənməkdədir.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar