SON XƏBƏRLƏR

Ərdəbilin millət vəkili “Perspolis” tərəfdarlarının Azərbaycana qarşı təhqiramiz hərəkətlərinə etiraz edib – VİDEO

2021.10.20, 07:36
Ərdəbilin millət vəkili “Perspolis” tərəfdarlarının Azərbaycana qarşı təhqiramiz hərəkətlərinə etiraz edib – VİDEO

Gunaz.tv

GünAz TV: Ərdəbil şəhərinin İran parlamentindəki millət vəkili Tehranın Azadi stadionunda “Perspolis” tərəfdarlarının Azərbaycan türk millətinin ünvanına səsləndirdikləri şüar və söyüşlər, həmçinin işğalçı Ermənistana dəstək nümayiş etdirmələrini pisləyib.

 

Məhəmməd Feyzi bu barədə noyabrın 27-də parlamentdə çıxışı zamanı danışıb.

 

“Qəhraman Azərbaycanın hər zaman nümayiş etdirdiyi cəsarət və Ərdəbil övladlarının son 500 ildə ölkənin ərazi bütövlüyü uğrundakı fədakarlıqları, həmçinin son müharibə dövründəki canfəşanlıqlarını xatırladaraq Azərbaycanın cəsarətli övladlarının hörmətlərinin qorunub saxlanılmasına təkid edirəm. Milli təhlükəsizliyə xələl gətirənlərə, həmçinin hər zaman Azərbaycanın olan və İranın mədəniyyət hövzəsində yerləşən Dağlıq Qarabağ və Fars Körfəzinin adının qorunub saxlanmasına, eləcə də “Traxtur”-“Perspoplis” görüşündə baş verən hadisələrə diqqət yetirməklə bağlı Gənclər və İdman Nazirliyinə xəbərdarlıq edirəm”- deyə o söhbətinin bir hissəsində qeyd edib.

 

https://www.youtube.com/watch?time_continue=17&v=E4fIOJ5eT48

 

Noyabrın 25-də Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Təbrizin “Traxtur” komandaları qarşılaşdı. Görüş zamanı “Perspolis”in şovinist fars tərəfdarları qondarma “Artsax” yazılmış parça nümayiş etdirərək işğalçı Ermənistana dəstək verdiklərini bir daha brüzə verdilər. Onlar həmçinin Azərbaycan türk millətinin ünvanına müxtəlif şüar və söyüşlər səsləndirdilər. İrqçilərin bu hərəkəti güney azərbaycanlılar tərəfindən kəskin etirazla qarşılandı, etirazlar hələ də davam edir.

 

“Traxtur”-“Perspolis” görüşündə olub-bitənlərə  Urmiyənin millət vəkili Hadi Bahaduri, Təbriz, Azərşəhr (Tufarqan) və Uskünün (Üşkaya) millət vəkili Zəhra Sai, həmçinin Mərənd və Culfanın millət vəkili Məhəmməd Həsənnəjad da reaksiya verib, onlar “Perspolis” tərəfdarlarının irqçi hərəkətini kəskin qınayıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar