SON XƏBƏRLƏR

Ərdəbilin millət vəkilindən şok açıqlama: “Heyran gədiy” Gilana aiddir / Sosial şəbəkələrdə millət vəkillərinə etirazlar davam edir

2021.10.20, 07:36
Ərdəbilin millət vəkilindən şok açıqlama: “Heyran gədiy” Gilana aiddir / Sosial şəbəkələrdə millət vəkillərinə etirazlar davam edir

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”nin Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı qalmaqal yenidən gündəmə gəldiyi bir vaxtda Ərdəbilin İran parlamentdəki millət vəkili  Südeyif Bədri şok açıqlama ilə çıxış edib.

 

O bildirib ki, “Ölkənin inzibati ərazi bölgüsündə tuneldən otərəfə Astara şəhərinin inzibati ərazisi sayılır.”

 

Azərbaycanlı millət vəkili martın 26-da mövzu ilə bağlı mətbuat orqanlarından birinə danışaraq “Heyran gədiyi”ndə onun Gilan Əyalətinin ərazisi kimi göstərən bannerlərin asılmasına rəsmi şəkildə haqq qazandırıb.

 

“Ərdəbil Əyaləti “Heyran gədiyi”nə gedən yolun sadəcə 22 kilometrinə, yəni tuneldən Ağçaya qədər nəzarət edir. Bu məqsədlə Qızıl Aypara Cəmiyyətinin yol üzrə xilasetmə və imdad qrupu və yol işləri üzrə mərkəz yaradılıb.

 

Ərdəbil Əyaləti Astara məntəqəsində sadəcə müəyyən  xidməti işlərlə məşğul olur. Ərdəbil Şəhərsalma və Yol İdarəsi sözügedən yola aid işləri yerinə yetirir. Ona görə də bu yolda baş verən digər hadisələr, o cümlədən villa tikdirmək, torpaqların kiməsə buraxılması və s. kimi məsələlərin Ərdəbil Əyaləti ilə heç bir əlaqəsi yoxdur. “Heyran gədiyi”ndə hər hansı dəyişiklik olubsa bu, Gilan Əyaləti rəhbərliyi tərəfindən edilib”- deyə S.Bədri çaşdırıcı açıqlamasında bildirib.

 

“Heyran gədiyi”nin Astara məntəqəsinə aid olduğunu deyən millət vəkili azərbaycanlıların qəzəbinə tuş gəlməsin deyə Ərdəbil və Astara əhalisinin arasında tarixi, mədəni, dil və ailə bağlarının olduğuna da işarə edib. “İki məntəqənin iqtisadiyyatı, tarix və mədəniyyəti bir-birinə çulğanıb. Ona görə də Gilan rəhbərliyini hərhansı təhrikedici hərəkəti Ərdəbil və Astara əhalisinin kəskin reaksiyasına səbəb olacaq”- deyə o bildirib.

 

Millət vəkili təzadlarla dolu çıxışında Gilan rəhbərliyini macəra axtarmaqda günahlandıraraq Astara məntəqəsinin yenidən Ərdəbil Əyalətinə birləşdirilməsinə səy göstərəcəyini vəd edib.

 

S.Bədrinin Tehran hakimiyyətinin tapşırığı əsasında mövqe sərgiləməsi bütün azərbaycanlılar, xüsusi ilə də Ərdəbil əhalisinin kəskin etirazına səbəb olub.

 

Bu istiqamətdə Ərdəbilin millət vəkillərinin İnstaqram səhifələri yüzlərlə etiraz komenti ilə üzləşib. Hazırda Məhəmməd Feyzi, Rza Kərimi və Südeyif Bədrinin İnstaqram səhifələri “Heyran gədiyi” qalmaqalı ilə bağlı komentlərlə doludur. Bir çox soydaşımız isə dini rəhbər Əli Xameneinin Ərdəbil Əyalətindəki nümayəndəsi Həsən Amolinin İnstqaram səhifəsində məsələyə öz etirazını bildirib.

 

İnstaqram və Twitter istifadəçiləri Hashtaglarından istifadə edərək Astara məntəqəsinin yenidən Ərdəbil Əyalətinə birləşdirilməsi və “Heyran gədiyi”nin Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlərin dayandırılmasını tələb ediblər.

 

Qeyd edək ki, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib.

 

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb. Məlumata görə, artıq əksər lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib. Etirazçı gənclər “Azərbaycana xoş gəlibsiniz” cümləsini əks etdirmək üçün lövhələrdəki “Gilan Əyaləti” sözünün üzərinə Azərbaycan bayrağı yapışdırıblar.

 

Astara şəhəri Gilan Əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbilin isə 70 kilometrliyində yerləşir. Bu şəhər vaxtı ilə Ərdəbil şəhəri və Şərqi Azərbaycan Əyalətinə bağlı olub. Sonralar ölkənin inzibati ərazi bölgüsündə müvəqqəti olaraq Gilan Əyalətinə ilhaq edilib. Şəhərin əhalisi Azərbaycan türkləridir, onlar bütün azərbaycanlılar kimi Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsini tələb edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar