Ərdəbildə mədə xərçəngi yayılıb: Millət vəkili içməli su problemi ilə bağlı xəbərdarlıq etdi

2021-07-13 12:48

İranda və Güney Azərbaycan əyalətlərində sosial problemlərin artması narazılığa səbəb olub. Artıq hakimiyyətdə təmsil olunan bir sıra şəxslər də etiraz səslərini ucaltmağa başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Ərdəbil, Nir və Nəmin şəhərlərinin İran parlamentindəki nümayəndəsi Höccətül-İslam Seyid Kazım Musəvi əyalətdə içməli su problemindən və artan xəstəliklərdən danışıb. 

Seyid Kazım Musəvi Ərdəbil əyalətində içməli su probleminin həll edilmədiyini və əyalətin müxtəlif bölgələrində mədə xərçənginə yoluxanların sürətlə çoxaldığını bidlirib, bu sahədə əməli tədbirlər görülməsə daha ciddi fəsadların ortaya çıxacağını deyib.

Kazım Musəvi bir çox potensiala malik olmasına baxmayaraq Ərdəbilin yoxsul əyalətlər sırasında saxlanıldığını və imkanlarına görə layiq olduğu yeri tuta bilmədiyini bildirib.

Əyalətdə işsizliyin artdığını bildirən Seyid Kazım Musəvi deyib ki, gənclər mütəmadi olaraq məşğulluq problemi ilə qarşılaşır. O, deyib ki, əhalinin artan narazılığının qarşısını almaq üçün İbrahim Rəisi hökuməti Ərdəbildə iş yerlərinin açılması və əhalinin işlə təmin olunması istiqamətində addımlar atmalıdır.

Seyid Kazım Musəvi Nəminin Özəli İqtisadi Məntəqəsini fəallaşdırmağın və ən qısa müddətdə azad ticarət zonası qurmağın vacib olduğunu bildirib.

"Azad ticarət məntəqəsi üçün yalnız  bir yerin təsdiqlədiyinə görə “Sistemin Məsləhətini Müəyyənləşdirən Şura”dan narazıyıq"-deyə, o, bildirib.

Azad ticarət məntəqəsinin sahəsinin 10 min hektar olduğunu xatırladan deputat deyib ki, məntəqənin Ərdəbil əyalətinin Parsabad, Biləsuvar, Germi və Nəmin şəhərlərini əhatə etməsi məqsədəuyğun olar.

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:  
Ərdəbildə su anbarının tikintisi yarımçıq qalıb-Əyalətdə 200 kəndin içməli suyu yoxdur

Güneydə su qıtlığı: Xalxalda Sudan İstifadəyə Nəzarət Polisi yaradılıb

Quraqlıq Ərdəbil əkinçilərini müflis edib

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16