Ərdəbilin prokurorunun göstərişi ilə Abbas Lisaniyə qarşı qadağalar davam edir

2020-11-19 14:24

Ərdəbil həbsxanasının 7-ci bölməsində məhkumluq həyatı yaşayan tanınmış güney azərbaycanlı milli- mədəni fəal Abbas Lisaninin ailəsinə zindanın məsulları bildiriblər ki, ona qarşı qadağalar Ərdəbilin ümumi və inqilab prokuroru Təbatəbainin göstərişi ilə qəbul edilib.

Gunaz.tv Quote | Gunaz article

Ötən 3 gün ərzində Abbas bəy Lisaninin ailəsi məsələni araşdırmaq üçün Ərdəbil Prokurorluğuna müraciət ediblər. Lakin hər dəfə məhkəmənin mühafizə qüvvələri onlara prokurorun otağına daxil olmağa mane olub. 


Noyabrın 13-dən etibarən naməlum səbəblərdən Abbas Lisaninin yaxınları ilə görüş və telefon danışığı hüququ qadağan edilib.


Bu, tanınmış fəala qarşı son 2 ay ərzində qəbul edilən 2-ci belə qadağa halıdır. Daha öncə Qarabağın azadlığı uğrunda Quzey Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatların ilk günlərində də Abbas bəy yaxınları ilə görüşmək və telefonla danışmaq hüququndan məhrum edilmişdi. 


Bu qadağaların İran rejiminin təhlükəsizlik qurumlarının Quzey Azərbaycan Ordusunun erməni işğalçılarına qalib gəlməsi və işğalçıların Qarabağdan çıxması ilə bağlı Abbas Lisaninin müraciət ünvanlanması ehtimalından doğan narahatlıqları səbəbindən qəbul edildiyi düşünülür. 


Abbas Lisani 2 il əvvəl etdiyi çıxışında bildirmişdi ki, Ermənistan birinci prezidenti Levon Ter-Petrosyanın qorxusu Güney Azərbaycanın oyanışı ilə bağlı qorxusu reallaşacaq və tezliklər hamı bu oyanışın Qarabağ məsələsinin şahidi olacaq. 


Bu çıxışın videosu Rusiyanın göndərdiyi silahların İran ərazisindən Ermənistana ötürülməsinə etiraz olaraq Güney Azərbaycan şəhərlərində və Tehranda təşkil edilmiş aksiyalar günü Abbas Lisani və digər güney azərbaycanlı siyasi məhbusların haqlarını müdafiə etmək üçün açılan Abbas Lisaninin "İnstagram" səhifəsində paylaşılmışdı və ona minlərlə adam baxmışdı. 


Abbas Lisani İranda sivil itaətsizlik mübarizəsinin öncüllərindən biridir və ona "tələbkar ruhlu insan" deyilir. 


Xatırladaq ki, hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11

gun az article

GünazTV May.11.2021-GÜNDƏM MASASI: İranda Azərbaycan Türklərinin sıxşdırılması

2021-05-11

gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11

gun az article

Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11

gun az article

Marağada məktəb binaları çatışmır

2021-05-11

gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10