Ərdəbilin Qeydiyyat İdarəsi “Ayıl” adını qeydə almağa məcbur oldu

2021-04-07 09:45

Güney Azərbaycanda uşağına seçdiyi türkcə ada görə şəxsiyyət vəsiqəsi ala bilməyən Colani ailəsi 9 aydan sonra istəyinə çatıb.

Gunaz.tv Quote | Gunaz article

Məlumata görə, ailə israr və etirazlardan sonra nəhayət “Ayıl” adını qeydiyyatdan keçirməyi bacarıb.

Qeyd edək ki, Səccad Colaninin qızına seçdiyi Ayıl adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün verdiyi mücadilə bir neçə ay idi türk və farsdilli media, habelə sosial şəbəkələrin gündəmində idi.

Ayılın atası sənətkar Səccad Colani keçən yanvar ayında Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibədə mübarizəsində haqlı olduğunu, bunun sadəcə ad deyil, kimlik və milli haqq davası olduğunu ifadə etmişdi.

“Qeydiyyat idarəsində mənə dedilər ki, Ayıl adı siyahımızda yoxdur. Yalnız siyahıda olan adlardan birini seçməlisiniz. Mən nə edə biləcəyimi soruşdum. Dedilər ki, Tehranda 3 fars ədəbiyyatı eksperti bu haqda qərar verə bilər. 


Onlar da Ayıl adını seçməyə mane oldular. İranda şəxsiyyət vəsiqəsi yoxdursa, uşaq heç bir sosial xidmətdən faydalana bilmir. Uşağımızın da xəstəliyi var və üç dəfə əməliyyat olub. Şəxsiyyət vəsiqəsi olmadığı üçün biz bunların xərcini ödəmək üçün sığortadan yararlana bilməmişik”-deyə, Səccad bəy bildirmişdi.

Səccad Colani “Ayıl”ın zülmə qarşı oyanmaq və ayılmaq anlamına gəldiyini və yaşadıqları duruma tam uyğun bir ad olduğunu vurğulamışdı.

Keçən aylarda mədəni fəallar Ərdəbil şəhərinin divarlarında Colani ailəsi və uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən digər ailələrə dəstək şüarları yazmışdılar.

Güney Azərbaycan və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən bir çox ailə səsini sosial media vasitəsilə eşitdirməyə çalışır.
 

C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda "yaşıl soyqırım": Nadir ağaclar məhv edilir-VİDEO

2021-04-17

gun az article

“Şəhid qəlbi-lalələr”: Aygün Muradxanlının Qarabağdan Güney nisgilli VİDEO-REPORTAJI

2021-04-17

gun az article

Şərqi Azərbaycanın 63 yaşlı qubernatoru koronavirusa yoluxdu

2021-04-17

gun az article

Ərdəbildə zəlzələ baş verdi

2021-04-17

gun az article

İran-Çin anlaşması: "Acı nəticələrini yaxın gələcəkdə görəcəyik"-Sadiq İsabəyli

2021-04-17

gun az article

Təhlükəsizlik məmurları tərəfindən oğurlanan milli fəal Qasım Mahmudiyə işgəncə verilib-FOTOLAR

2021-04-17

gun az article

Urmu gölünün "faciəsi" "Google"da: 40 illik quruma prosesi belə təsvir edilib-VİDEO

2021-04-17

gun az article

GünazTV April.16.2021: Körpü: Sulduz Qətliamının İldönümü və Batı Azərbaycan'da İran'ın Terör Siyasəti

2021-04-17

gun az article

GünazTV April.16.2021-Azadlıq səsi: İranda vətəndaşların seçkilərə qatılmaması və rejimin planları

2021-04-17

gun az article

Korrupsioner məmurları ifşa edən zənganlı jurnalist cəzalandırıldı-FOTO

2021-04-16

gun az article

İran hökumətindən irqçi layihə: Uşaqlara 4 yaşından fars dili öyrədiləcək

2021-04-16

gun az article

"Xudafərindən yayınlanan veriliş Güneydə maraqla qarşılanacaq"-Rəy-VİDEO

2021-04-16

gun az article

Qəzvinli şahmatçı Abtin Ataxan beynəlxalq dərəcəli usta adını ala blər

2021-04-16

gun az article

İran ziyalıları rejimə qarşı: “Hakimiyyət özünü qorumaq üçün İranı məhvə sürükləyir”-Sədrəddin Soltan

2021-04-16

gun az article

Soyuqbulaqda narkotik əməliyyatı: Külli miqdarda psixiatrik maddə aşkar edildi

2021-04-16

gun az article

Qərbi Azərbaycanda təhsil problemi: Məktəblilərin əksəriyyəti onlayn dərsə girə bilmir

2021-04-16

gun az article

GünazTV April.15.2021-Sözümüz: İran və Turan Şahnamədə

2021-04-16

gun az article

GünazTV April.15.2021- Düşünməyə Çağırı: Tarixi Qəhrəmanlarımız Məsələsi

2021-04-16

gun az article

Güney Azərbaycanlı gənc alim Aydın Muradxani müvəqqəti azadlığa buraxılıb

2021-04-15

gun az article

Siyasi məhbus Həmid Mənafinin sağlıq durumu yenidən pisləşdi-SON DƏQİQƏ

2021-04-15