Ərdəbilin tarixi Pirzərgər hamamı özəl sektorun istifadəsinə verildi-FOTOLAR

2021-04-15 13:10

Ərdəbilin tarixi Pirzərgər hamamı özəl sektora verilib. Bu barədə Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Baş direktoru Nadir Fəllahi  məlumat evrib. 

Gunaz.tv Quote | Gunaz article

“Tarixi Pirzərgər hamamı, bərpa işləri həyata keçirmək, turizm və mədəniyyət xidmətləri göstərmək üçün özəl sektora təhvil verilib”-deyə, o, bildirib.

Nadir Fəllahi aprelin 14-də tarixi hamamın təhvil verilməsi ilə bağlı  müqavilənin imzalanması mərasimində bildirib ki, bu addım əyalətdə davamlı məşğulluğun yaradılmasına xidmət edəcək. O, abidənin Tarixi Abidələrin Qorunması və Bərpası Fondunun iştirakı ilə özəl sektora həvalə edildiyini deyib.

 

“Tarixi abidənin özəl sektor investoru binada bərpa əməliyyatları həyata keçirdikdən sonra, turistlərə və vətəndaşlara xidmət göstərəcək. Bu da eyni halda əyalətdə yeni iş yerinin açılması və vətəndaşların məmnunluğuna səbəb olacaq”-deyə, Fəllahi bidlirib.

 

Tarixi Pirzərgər hamamı Ərdəbilin eyni adlı küçəsində yerləşir. Hamam Qacarlar dönəmində tikilib və 8896 qeydiyyat nömrəsi ilə ölkənin mədəni irs siyahısına salınıb.

Ümumi sahəsi 2 min kvadratmetrə yaxın olan hamam Ərdəbilin ən əhəmiyyətli tarixi abidələrindən biri sayılır.

 

Bundan öncə ötən ilin dekabr ayında Şərqi Azərbaycan əyalətinin tarixi abidələrindən bir neçəsi, o cümlədən “Göycəbel” ,”Cananlı Karvansaray”ları və “Nasehzadə Evi” özəl sektora verilib.

Qeyd edək ki, yerli mədəniyyət və incəsənət xadimləri hökumətin bu hərəkətlərini dəfələrlə tənqid edib. 

 

Onlar bunu hökumətin Azərbaycanın tarixi abidələrin qorunub saxlanılmasına budcə ayırmaq istəməməsi ilə əlaqələndiriblər.
 
Qeyd edək ki, İran hakimiyyəti Azərbaycanın tarixi abidələrinə qarşı ögey münasibət sərgiləyir. 

 

İsfahan, Şiraz, Yəzd, Kaşan və başqa fars bölgələrinin tarixi və mədəni abidələrinin qorunub saxlanılması üçün dövlət budcəsindən yüksək məbləğdə pul ayrıldığı halda, Azərbaycan abidələrinə laqeyd yanaşılır.

 

Hökumətin bu siyasəti Güney Azərbaycanda türk tarixi abidələrinə qərəzli yanaşma kimi dəyərləndirilir.


 C.E

حمام تاریخی پیرزرگر - اردبیل

حمام تاریخی پیرزرگر دارای دو بخش زنانه و مردانه – MEMAR STUDIO

بخشي از حمام قجري پير زرگر اردبيل مرمت شد - ایرنا

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu İran Premyer Liqasında dördüncü dəfə çempion oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11