Ərdəbilin Texnologiya Universiteti əhalinin hesabına tikiləcək

2021-03-29 15:29

Təhsil ocaqlarının və universitetlərin təmir və tikintisi İran hökumətinin diqqətindən kənarda qalıb.  

Gunaz.tv Quote | Gunaz article

Hökumət bu işə lazımi büdcə vəsaiti ayırmadığı üçün ərdəbilli xeyriyyəçi bu işi öz üzərinə götürməyə məcbur olub. Bu barədə Ərdəbil qubernatorluğu məlumat yayıb.

Məlumata görə, Texnologiya Universitetinin tikilməsi məqsədilə Seyid Əli Xamneyinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Həsən Amuli, əyalətin quberatoru Əkbər Behnamcu, "Mühəqqiqi Ərdəbili" Universitetinin rektoru və ərdəbilli iş adamı, xeyriyyəçi Kamah Fəthi arasında müqavilə imzalanıb.

Qubernator Əkbər Behnamcu deyib ki, universitetin tikilməsi üçün Elm, Tədqiqat və Texnologiya naziri və İslami Şura Məclisinin Ali Təhsil Komissiyasının sədrindən müvafiq razılıq alınıb.

Universitet 3 il ərzində Kamal Fəthinin öhdəsinə götürdüyü 150 milyard tümən ilkin büdcə ilə 30 min kvadrat metr ərazidə inşa ediləcək.

Qeyd edək ki, bu universitetin inşası üçün 16 il öncə hökumətə müraciət olunmuşdu. Universitetin tikintisinə raziliq verilsə də onun üçün bu illər ərzində dövlət büdcəsindən heç bir vəsait ayrılmadığı üçün bu layihə reallaşmayıb.

Heç bir rəsmi vəzifəsi olmayan iş adamı, xeyriyyəçi Kamal Fəthi sonunda hökumətin görməli olduğu işi öz üzərinə götürüb, öz şəxsi vəsaiti hesabına ərdəbillilərin uzun illərdir gözlədikləri layihəni reallaşdırmağa başlayıb.

Qeyd edək ki, son illər Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemləri bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən çözülür.

Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsinə dövlət tərəfindən hər hansı büdcə vəsaiti ayrılmayacağını bildiriblər.
 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04

gun az article

Güney Azərbaycanda edam cəzalarının sayı artıb

2021-05-04

gun az article

Təbrizin məşhur futbol klubu fəaliyyətini dayandırdı

2021-05-04