Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24 13:55

Ərdəbilin Yamçı su anbarının xeyli hissəsi boşdur. Bu barədə Ərdəbil əyalətinin Regional Su Şirkətinin başçısı Abbas Cəngi Mərəni bildirib.

Gunaz.tv Quote | Gunaz article

O, hazırda Yamçi bəndinin su tutumunun 30%-nın dolu olduğunu və ümumi həcmin 70%-nın boş olduğunu deyib.

 

Abbas Cəngi Mərəni “MEHR” informasiya agentliyinə verdiyi müsahibədə quraqlıq və su qıtlığının təhlükəli səviyyəyə çatdığını vurğulayıb.

“Hazırda Orta Doğuda, İranda və Ərdəbil əyalətində baş verən quraqlığa son 50 ildə rast gəlinməyib”-deyə, o, xəbərdarlıq edib. 

 

Abbas Cəngi bildirib ki, Ərdəbil düzündə yerləşən 16 kəndin 5 min hektarlıq əkin torpaqları Yamçı su bəndində toplanan su ilə suvarılır. Ancaq cari əkin ilində bir bu əkin sahələrinə su buraxılması mümkün olmayıb.

 

Regional Su Şirkətinin başçısı Ərdəbil, Səreyin şəhərləri və ətraf kəndlərin içməli su təminatının prioritet olduğunu deyib, ötən ilin eyni dövrü ilə müqayisədə Yamçı bəndinin su ehtiyatının 40% az olduğunu, bənddə toplanan su həcminin 254 milyon kubmetr civarında tənzimləndiyini  vurğulayıb.

 

Bundan öncə Ərdəbil əyalətinin bəndlərinə məsul Rza Səlimi də bu problemdən danışıb.

Onun sözlərinə görə, problem 10-a yaxın çayın suyunun azalması, bir sıra çayların quruması nəticəsində yaranıb.

"Yağıntının da miqdarı bir sıra bölgələrdə ötən illərə nisbətən 75%-ə qədər azalıb"-deyə, Yamçı su bəndinin suyunun azalmasının əsas səbəbinə toxunan Rza Səlimi bildirib.

 

Təxminən 725 kvadrat kilometr ərazisi olan Yamçı su hövzəsinin beş qolu var. Lay çay, Nir çay, İmam çay, Müştəqin çay və Corab çayları Yamçı su hövzəsində birləşir. 

 

Savalan dağı yüksəkliyindən qaynaqlanan çaylar əyalətin qərbindən şərqinə doğru axıb və Ərdəbil şəhərindən keçərək Qarasu çayına tökülür.

Yamçı su bəndi əyalət üçün həyati əhəmiyyət daşıyır və Ərdəbil şəhərinin əsas içməli su qaynağıdır.

 

Qeyd edək ki, Güney Azərbaycanın əksər əyalətlərində ciddi su böhranı başlayıb. İki gün öncə Ərdəbilin Su və Kanalizasiya Şirkətinin baş direktoru Əlirza Nemət Sultani əyalətin 122 kəndinə səyyar şəkildə su paylanıldığını bildirib. 

 

Əlirza Nemət Sultani bu gün “MEHR” informasiya agentliyinə verdiyi müsahibədə şirkətin nəzarətində olan 650 kəndin əhalisinin  bulaq və quyu sularından istifadə etdiyini, 122 kəndin əhalisinə 11 su tankeri ilə içməli su daşındığını bildirib. 

 

Əlirza Nemət Sultani yay aylarında su daşıyan tankerlərin əhalinin təminatının ödənilməsi üçün kifayət etməyəcəyini deyib. 

 

Onun sözlərinə görə, bunun üçün özəl şirkətlərin xidmətlərindən istifadə etməyi planlaşdırırlar.

 

C.E

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

Ərdəbilin Yamçı bəndində suyun həcmi kəskin azalıb

Güney Azərbaycanda su qıtlığı təhlükəli həddə çatıb-Ərdəbilin 122 kəndində su tapılmır

İran rəsmisi: “Əyalətlər arasında artıq su müharibəsi başlayıb”

Xiyavda içməli su qıtlığı: Qadınlar yolu bağladı-VİDEO-FOTO

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Təbriz aksiyasında həbs olunan fəallardan daha ikisinin kimliyi bəlli olub

2021-07-30

gun az article

Qərbi Azərbaycanda silah-sursat tapılıb?- İran hökumətindən üçüncü iddia

2021-07-29