SON XƏBƏRLƏR

Ərdoğan: “700-800 terrorçu Suriyanın şimalını tərk edib”

2021.10.20, 07:36
Ərdoğan: “700-800 terrorçu Suriyanın şimalını tərk edib”

Gunaz.tv

GünAz TV: “Barış bulağı” hərəkatı çərçivəsində Suriyanın şimalında 2200 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib. Hazırda ümumilikdə 160 qəsəbə nəzarətimiz altındadır”.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən öncə keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, indiyədək 775 terrorçu zərərsizləşdirilib, Türkiyə ordusunun 7 əsgəri, ölkənin 20 vətəndaşı və Azad Suriya Ordusunun 79 hərbçisi şəhid olub.

 

Türkiyə Prezidentinin sözlərinə görə, indiyə kimi 700-800 terrorçu Suriyanın şimalını tərk edib.

 

Bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcəyini xatırladan Ərdoğan qeyd edib ki, bu gün yerli vaxtla saat 22:00-da 120 saatlıq atəşkəsin vaxtı bitir, əgər verilən sözlər yerinə yetirilməsə, hərəkat davam edəcək. APA

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar