GünAz TV: Terrorçu İŞİD qruplaşmasının ötən ay öldürülən lideri Əbubəkr əl-Bağdadinin arvadı həbs olunub.
Türkiyə mediasının yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, deyib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Əbubəkr əl-Bağdadini tuneldə məhv edib: "İlk dəfədir açıqlayıram: biz də onun xanımını, bacısını tutduq. Ancaq belə hay-küy salmadıq".
Xatırladaq ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib.
N.S