SON XƏBƏRLƏR

Ərdoğan generalların həbsinə münasibət bildirdi

2021.10.20, 07:36
Ərdoğan generalların həbsinə münasibət bildirdi

Gunaz.tv
Ərdoğan generalların həbsinə münasibət bildirdi erdogan-ergenekon.jpg “Bizim də bununla bağlı gözləntilərimiz var” Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan “Ergenekon” əməliyyatı çərçivəsində həyata keçirilən həbslərə münasibətini bildirib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, o, istintaq nəticəsində qaranlıq məqamlara aydınlıq gətirilməsini istədiyini bildirib. Baş nazir əməliyyatın davam etməkdə olan araşdırmanın tərkib hissəsi olduğunu vurğulayıb: “Təbii k,i biz də iddianın tez bir zamanda hazırlanmasını gözləyirik. Bunu iddianın tamamlanmasına yönəldilmiş addım kimi görürəm. Bu, prokurorun 10-cu Ağır Cəza Məhkəməsinin qərarı ilə atdığı addımdır. Təhlükəsizlik orqanlarımız da məhkəmənin qərarını həyata keçirib. Bu gün səhər həyata keçirilən həbslərin nəticəsi budur. Bizim də bununla bağlı gözləntilərimiz var. Xahişimiz odur ki, istintaq nəticəsində qaranlıq məqamlara aydınlıq gətirilsin”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar