SON XƏBƏRLƏR

Ərdoğan İranla Amerika arasında vasitəçilik etməyə hazır olduğunu bildirib

2021.10.20, 07:36
Ərdoğan İranla Amerika arasında vasitəçilik etməyə hazır olduğunu bildirib

Gunaz.tv

GünazTV: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranla Amerika arasında yaşanan çaxnaşmanın azaldılması üçün Tehranla Vaşinqton arasında vasitəçilik etməyə hazır olduğunu bildirib”. Bu barədə Türkiyənin Dövlət Televiziyası (TRT) və “Sabah” qəzeti iyulun 4-də prezident Ərdoğana istinadən məlumat yayıb.

 

Tehranla Vaşinqon arasında vasitəçiliklə bağlı məlumatın yayılması, prezident Ərdoğanın Osaka sammitindən sonra Çinə səfəri ilə eyni vaxta düşüb.

 

Türkiyə Dövlət Televiziyasının yaydığı məlumatda bildirilib ki, İranla Amerika arasında vasitəçilik rolunu oynamaq təklifini, ötən həftə Ərdoğan “G20” qrupuna üzv ölkə başçılarının sammitinə qatılmaq üçün Yaponiyanın Osaka şəhərinə səfərində bu ölkənin baş naziri Şinzo Abe irəli sürüb. Ərdoğan isə həmin təklifi müsbət qarşılayıb.

 

Məlumata əsasən Türkiyə prezidenti deyib: “Yaponiyanın baş naziri Şinzo Abe məndən soruşdu ki, bu xüsusda (vasitəçilik) birgə iş görə bilərikmi. Mən isə dedim, əlbəttə ki, bir iş görə bilərik. Mən onların hər ikisi ilə, yəni İran lideri Əli Xamneyi və prezident Həsən Ruhani ilə danışa bilərəm” –deyə Ərdoğan vurğulayıb.

 

Ərdoğan həmçinin bildirib ki, o, Yaponiyanın baş naziri Şinzo Abe ilə bu barədə növbəti addımların atılması barədə müzakirə aparmaq üdçün razılığa da gəliblər.

 

Rəsmi Tokio, Türkiyə Dövlət Televiziyasının (TRT) və “Sabah” qəzetinin prezident Ərdoğana istinadən yaydığı məlumatı nə rədd, nə də təsdiq edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar