SON XƏBƏRLƏR

Ərdoğan Saakaşviliyə danışıqlar aparmağı tövsiyə edib

2021.10.20, 07:36
Ərdoğan Saakaşviliyə danışıqlar aparmağı tövsiyə edib

Gunaz.tv
Ərdoğan Saakaşviliyə danışıqlar aparmağı tövsiyə edib Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Gürcüstanda baş verən münaqişə ilə bağlı bu ölkənin prezidenti Mixail Saakaşvili ilə telefonla danışıb. Bu barədə Türkiyənin Anadolu Xəbər Agentliyi məlumat yayıb. Ərdoğan münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini və dinc yolla nizamlanma prosesində Türkiyənin yardım göstərməyə hazır olduğunu bildirib.Trend -------------------------------------------------------------------- Makkeyn NATO-nun iclasını çağırmağı tələb edir ABŞ prezidntliyinə namizəd Con Makkeyn Cənubi Osetiyadakı vəziyyəti müzakirə etmək üçün təcili olaraq NATO-nun iclasını çağırmağı tələb edir. Onun fikrincə ancaq şimali atlantika alyansı bölgədəki vəziyyəti stabilləşdirə bilər. “Biz təcili olaraq NATO-nun iclasını çağırmalı və Gürcüstanın təhlükəsizliyi məsələsinə qiymət verməli, bu təhlükəli vəziyyətdən çıxış yolunu tapmalıyıq”- senatorun məktubunda deyilir. Bununla ABŞ prezidntliyinə namizəd bəyan edir ki, “beynəlxalq ictimaiyyət Cənubi Osetiyaya həqiqi müstəqil və neytral sülhməramlı qüvvələr yerləçdirməlidir”. Bəyanatda o da deyilir ki, Rusiya təcili olaraq hərbi əməliyyatları dayandırmalı qoşunlarını müstəqil Gürcüstan ərazisindən çıxarmalıdır. ucnoqta

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar