Ərdoğan Türkiyənin Suriya ilə bağlı yeni strategiyasını açıqladı

05.02.2020, 17:36

GünAz TV: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriya ilə bağlı yeni strategiyasını açıqlayıb.


“Türkiyənin Suriya məsələsində bundan sonrakı strategiyasını açıqlamaq istəyirəm. "Adana razılaşması" Türkiyəyə lazım gələrsə Suriya ərazisində əməliyyat keçirmək hüququ verir. Bəziləri "Suriya ərazisində nə işiniz var, sizi ora kim dəvət etdi?" deyirlər. Amerika Birləşmiş Ştatlarını (ABŞ) da dəvət etmədilər. Amma bizim əlimizdə "Adana razılaşması" kimi sənəd var. "Türkiyənin Suriyada nə işi var" deyənlər ya qafildir, ya da bu millətin düşmənləridir”.


"Report" “Anadolu”ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup toplantısında səsləndirib.


Onun sözlərinə görə, Türkiyə Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsindən uzaq durmaq üçün illərlə səbr etdi: "Rejimin hücumlarından qaçan suriyalı qardaşlarımıza qapılarımızı açmaqda tərəddüd etmədik. 2015-ci ildən etibarən Suriyadakı böhran tamamilə nəzarətdən çıxdı”, - o qeyd edib.


Ərdoğan ölkəsinin İdlibdə 8 şəhid verməsinə də toxunub: “Bu hücum Suriyanın yeni bir dönəminin başlanğıcıdır. Türkiyə əsgərinin qanının axdığı bir yerdə heç bir şeyin eyni vəziyyətdə davam etməsinə icazə verməyəcəyik”.

“Rusiyadan yeganə gözləntimiz Suriyadakı həssaslığımızı anlamasıdır. Dünən axşam Putinlə danışdım. Suriya və Liviyadakı gözləntilərimizi ona söylədim. Danışıqlardan sonra onunla görüşəcəyik. Suriyada ABŞ, Rusiya, İran və koalisiya adı altında bəzi Avropa ölkələri var. Suriyada bəzi Körfəz ölkələri də var. PKK terror təşkilatı, İŞİD-in qırıntıları da var. Suriyada hər kəs var. Əlbəttə, Türkiyə də olacaq!”, - dövlət başçısı vurğulayıb.


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20