Ərdoğan: "Unutmayaq, vətəni öncə dil, sonra ordu qoruyar, türkcəmizə sahib çıxmalıyıq"

2021-02-17 09:19

“Türk dili kimliyimizdir, anlayışımızdır, əsrlər boyu mədəniyyətimizin daşıyıcısıdır. Unutmayaq vətəni öncə dil, sonra ordu qoruyar. Ona görə türkcəmizə sahib çıxmalıyıq”.

Gunaz.tv Quote | Gunaz article

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin Türkiyədə “Yunus Əmrə və Türkcə ili” olaraq qeyd edilməsilə əlaqədar keçirilən silsilə tədbirlərin açılış mərasimində danışarkən bunu bildirib.


Dünyada 250 milyondan çox insanın türkdilli olduğunu və ən çox danışılan dillər arasında türk dilinin 5-ci yer tutduğunu deyən Prezident bildirib ki, hazırda dünyanın 35 ölkəsində ya ana dili, ya ikinci dil, ya da əcnəbi dil olaraq türkcə ilə anlaşmaq mümkündür:

 

“Vətənləri, bayraqları, dövlətləri ayrı olan yüz milyonlarca insanı eyni qəlbdə birləşdirən türkcədir. Türk elm adamı Əli Fuad Başgil deyib ki, türkcəmiz hər kəlməsində əsl bir millətin ən az min illik tarixinin məna və xatirələrini özündə daşıyan milli ruhumuzdur.


Dilini itirən bir millət hafizəsini, mənliyini, inamını itirər. Ana dili ilə bağlarını itirən cəmiyyətlərin zamanla kütləviləşib kölələşməsi qaçılmazdır. Çox təəssüf ki, bu gün akademiklərimiz, media nümayəndələrimiz də daxil, bəzi təhsilli insanlarımız əcnəbi dillərə daha çox önəm verir, türkcəmizə lazım olan qayğını göstərmir.

 

Sosial media dili xüsusilə gənclərimiz arasında ünsiyyət vasitəsinə çevrilib. Küçə lövhələrində əcnəbi sözlər işlətmə xəstəliyi, danışıqlarda anlamsız qısaltmalar, qüsurla işlədilən yad kəlmələr dilimizin gələcəyini təhlükədə qoyub. Ona görə də türkcəmizi qorumadan nə milli kimliyimizə sahib çıxa, nə türk dünyası ilə əlaqələr qura, nə də dünyadakı hədəflərimizə çata bilərik. Biz türkcəmizi qorumalı, zənginləşdirməliyik”.

 

Ərdoğan bildirib ki, 2021-ci ildə Türkiyənin 18 nazirlik və aidiyyəti qurumları ilə birlikdə 224 adda “Yunus əmrə və Türkcə” adlı tədbirlər keçiriləcək.

 

“Yunus Əmrə “dil hikmətin yoludur” deyir. Biz bu il “dünya dili türkcə” adlı bir səfərbərlik elan edirik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

2021-03-01

gun az article

Bayden: İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi

2021-02-28

gun az article

ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib

2021-02-27

gun az article

ABŞ kəşfiyyatının hesabatında jurnalist Qaşıqçının öldürülməsində Səudiyyə şahzadəsinin rolu olduğu bildirilir

2021-02-27

gun az article

Azərbaycan prezidenti iranlı jurnalistə irad bildirib+video

2021-02-26

gun az article

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

2021-02-26

gun az article

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

2021-02-26

gun az article

İstanbulda PKK əleyhinə əməliyyat zamanı 11 şübhəli şəxs saxlanılıb

2021-02-26

gun az article

Amerika Suriyanın şərqində İranın dəstəklədiyi silahlıların mövqelərinə hücum edib

2021-02-26

gun az article

Çavuşoğlu: “Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik” - YENİLƏNİB

2021-02-25

gun az article

Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı işdən çıxarıb

2021-02-25

gun az article

BMT-nin Baş katibi Cenevrədə Kipr mövzusunda 5+1 formatında toplantı keçirəcək

2021-02-25

gun az article

Dünyada son sutkada 280 mindən çox koronavirusa yoluxma qeydə alınıb

2021-02-24

gun az article

ABŞ İranla ölkədə həbsdə olan amerikalılarla bağlı müzakirələrə başlayıb

2021-02-22

gun az article

ABŞ və Avropanın üç böyük dövləti Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

2021-02-17

gun az article

Səddam Hüseynin qızı Rəğd: İranın İraqa müdaxiləsi həqiqi hakimiyyətin olmadığına görə baş verir

2021-02-16

gun az article

Dünyada son sutkada 332 mindən çox koronavirusa yoluxma qeydə alınıb

2021-02-16

gun az article

ABŞ Türkiyə vətəndaşlarının kürd militantları tərəfindən qətlini qınayıb

2021-02-16

gun az article

İranın Rusiya ilə birgə təlimlərinin məqsədi açıqlanıb

2021-02-15

gun az article

İranlı diplomatın İstanbulda tutuqlanma görüntüləri yayılıb+video

2021-02-13