Ərdoğan: "Yunanıstan Lozanna müqaviləsini pozur"

2021-04-16 15:32

“Siz bizim Yunanıstanda 150 min soydaşımızın yaşaması üçün lazımi şərait yaratmırsınız”.

Gunaz.tv Quote | Gunaz article

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Üsküdarda Kərəm Aydınları məscidində qıldığı Cümə namazından sonra Yunanıstanın xarici işlər nazirinin Türkiyəyə səfərini dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, Yunanıstanın xarici işlər naziri Türkiyəyə səfəri zamanı Fənər rum keşişi ilə görüşüb və bunun üçün ona hər cür şərait yaradılıb: "Onların dini ayinlərini icra etmələrinə və bu dini icmanın özünə lider seçməsinə mane olunmur".

Ərdoğan deyib ki, Yunanıstan Lozanna anlaşmasını pozur: "Yunanıstanda müsəlmanların dini liderinin Türkiyədən təyin edilməsinə qarşı çıxır. Xarici işlər nazirimiz yunanıstanlı həmkarına həddini bildirdi, daha mülayim ola bilməzdi. 

Lozanna müqaviləsinə əsasən, sizlər Yunanıstandakı müsəlmanlar üçün müfti təyin edə bilməzsiniz. İllərdir münasibətlərin düzəlməsi üçün əlimizdən gələni edirik. Atılacaq bütün addımları atmışıq. Ancaq münasibət düzəlmir”.

Qeyd edək ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias aprelin 14-də Türkiyədə səfərdə olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında yunanıstanlı nazir Türkiyəni ölkəsinin hüquqlarını pozmaqda ittiham etmişdi. 

Mövlud Çavuşoğlu bunun qəbuledilməz olduğunu və Yunanıstanın reallıqları təhrif etdiyini bildirib. Çavuşoğlu Yunanıstanın türklərə qarşı ayrı-seçkilik siyasətini, müftinin təyin edilməsində qanun pozuntusunun olduğunu xatırladaq vəziyyətin düzəlmədiyni bəyan etmişdi. (report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Abbasəli Kədxudayi: “Sənədlərini təqdim etmiş yalnız 40 namizədin səlahiyyətinə baxılacaq”

2021-05-17

gun az article

İran Azərbaycanla sərhəd mübahisəsində Ermənistanı DƏSTƏKLƏDİ

2021-05-17

gun az article

İlham Əliyev Qəbələdə məktəb tikintisinə pul ayırdı

2021-05-17

gun az article

Türkiyə əhalisinin sayı açıqlanıb

2021-05-17

gun az article

Zəngəzur gərginliyi: “Bu məsələ 10 noyabr Bəyanatında razılaşdırılıb”-Politoloq

2021-05-17

gun az article

Xəstəxanalarda yoxlamalar - İki tibb müəssisəsinin işi Baş Prokurorluğa verildi

2021-05-17

gun az article

ABŞ-ın baş konsulu Yekaterinburqu tərk edib

2021-05-17

gun az article

Bu gündən etibarən İngiltərədə muzey, kinoteatr və hoteller fəaliyyətini bərpa edir

2021-05-17

gun az article

İran prezidentinin sabiq müşaviri vəfat edib

2021-05-17

gun az article

İranın Şimali Xorasan əyalətində 5,5 bal gücündə zəlzələ olub

2021-05-17

gun az article

Müxalifət Ermənistan hakimiyyətini istefaya səslədi

2021-05-16

gun az article

Rusiya MN-dən sülhməramlılarla bağlı yeni AÇIQLAMA

2021-05-16

gun az article

Azərbaycanda son sutkada 1 122 nəfər COVID-19-dan sağalıb, 472 nəfər yoluxub

2021-05-16

gun az article

Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” başladı

2021-05-16

gun az article

Son 15 ildə Azərbaycanda insan alveri ilə bağlı 4 248 cinayət faktı qeydə alınıb

2021-05-16

gun az article

Roma Papası Qəzza ilə bağlı çağırış edib

2021-05-16

gun az article

İranda koronavirusdan daha 303 nəfər ölüb, 11 291 nəfər virusa yoluxub- RƏSMİ STATİSTİKA

2021-05-16

gun az article

Dünya Bankı: Azərbaycanda pandemiyanın səngiməsi iqtisadi bərpanı dəstəkləyəcək

2021-05-16

gun az article

Şəhid zabitin dəfnindən FOTOLAR

2021-05-16

gun az article

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayır

2021-05-16