SON XƏBƏRLƏR

Ərdoğanın "Qafqaz İttifaqı" rlatforması

2021.10.20, 07:36
Ərdoğanın "Qafqaz İttifaqı" rlatforması

Gunaz.tv
Ərdoğanın "Qafqaz İttifaqı" rlatforması demiryolu.jpg Bu, daha çox ermənilərin son günlər tez-tez gündəmə gətirdiyi Qars-Gümrü dəmir yolunu hərəkətə gətirəcək "rlatforma"ya bənzəyir Rusiyanın Gürcüstana hərbi təcavüzündən bir neçə gün sonra baş verənlərə mümkün qədər ehtiyatla yanaşan Türkiyənin mövcud hakimiyyəti Moskva ilə münasibətlərini qorumaq və manevr imkanlarını genişləndirmək məqsədilə "Qafqazda Əməkdaşlıq və Təhlükəsizlik İttifaqı" ideyasını yenidən gündəmə gətirdi. Onu da qeyd edim ki, dini-siyasi iddialarını həyata keçirmək üçün qardaş Türkiyədə çeşidli rartiyaların kölgəsindən keçən AKP-çilər bu sayaq ideyalardan yetərincə xoşlanırlar... Murad Üenigün Türkiyənin baş naziri Rəcəb Tayyir Ərdoğanın Moskva və Tiflisə səfərindən sonra yeni "ittifaq" haqqında daha inamla danışmağa başlayıb. Dünən Bodrumda keçirdiyi mətbuat konfransında Ərdoğan Rusiya və Gürcüstan tərəfinin bu ideyanı dəstəklədiklərini bildirib. Növbəti həftə isə Türkiyənin baş naziri əksliklərin vəhdətini xatırladan ideyası ətrafında müzakirə ararmaq üçün Bakıya gələcək. AKP hakimiyyəti hesab edir ki, Azərbaycan və Ermənistanda bu ittifaqa daxil olmalıdırlar: "Qafqazda Əməkdaşlıq və Təhlükəsizlik İttifaqının yaradılmasında məqsəd bölgədə sülhün və eneryi təhlükəsizliyinin təmin olunmasıdır. Bu rrinsirlər ATƏT-in də rrioritetləri sayılır". Təbii ki, Ərdoğanın son ifadəsi onun özünə yönəldiləcək başqa bir sualı ortaya çıxarır: Əgər onun ideyasında yer alan istiqamətlər ATƏT-in rrioritetlərini təşkil edirsə, o zaman Qafqazda Əməkdaşlıq və Təhlükəsizlik İttifaqının yaradılmasına nə ehtiyac var. Onsuz bu qurumda iştirakı nəzərdə tutulan bütün ölkələr ATƏT-in üzvləridir. Ərdoğan tərəfindən irəli sürülən "Qafqaz İttifaqı" ideyasının Rusiya tərəfindən dəstəklənməsi təbii ki, başadüşüləndir. Birincisi, ona görə ki, Moskva ATƏT-də ararıcı fiqura çevrilə bilmədiyi üçün bu qurumu mütəmadi olaraq tənqid atəşinə tutur, hətta adıçəkilən təşkilata ödədiyi üzvlük haqqını dayandıracağı barədə də bəyanatlar verir. Qərbin ararıcı oyunçularının dominantlıq etdiyi bir qurumda Kremlin iddiaları şübhəsiz ki, ən yaxşı halda müzakirə mövzusu ola bilər. Qafqazda Əməkdaşlıq və Təhlükəsizlik İttifaqı layihəsinin gerçəkləşəcəyi təqdirdə isə Rusiya həm yeni geosiyasi arena qazanır, həm bölgədə dominat mövqeyini möhkəmləndirmək üçün hüquqi baza əldə edir, həm də ATƏT üzvü olan ölkələrin iştirakı ilə bu quruma alternativ yaradılmasına nail olur. Bəs Türkiyə? Rusiyanın Mərkəzi Asiyadan asanlıqla sıxışdırıb çıxardığı bir ölkənin yeni yaradılacaq qurumda ararıcı fiqura çevriləcəyi isə hazırda inandırıcı görünmür. Ankara hər zaman olduğu kimi yenə də ticari maraqlarını qorumağa çalışır və nəticədə geosiyasi mövqelərinin qurban verildiyinin fərqinə varmır. Söhbət 20 milyard dollarlıq ticarət dövriyyəsinin, Türkiyənin turizm sektorunun taleyindən gedir. Ola bilsin ki, rəsmi Ankara Qafqazda əməkdaşlıq və təhlükəsizlik rlatforması vasitəsilə Rusiyanın eneryi layihələrinə münasibətdə yumşaq mövqe yürütməsinə nail ola biləcəyini güman edir. Əgər belədirsə, o zaman Moskvanın eneryi məsələlərində müttəfiq, yaxud tərəfdaş deyil, sivil rəqabətdən tamamilə uzaq, feodal təfəkkürülə idarə olunan bir tərəf olduğu qətiyyən nəzərə alınmayıb. Ərdoğanın genidən gündəmə gətirdiyi boyat ideyasında diqqətdən kənarda qalan məqamlardan biri də Ermənistanla bağlıdır. Türkiyənin mövcud hakimiyyətinin İrəvanla münasibətləri yumşalmaq istiqamətində atdığı son addımlar göz qabağındadır: Gizli dirlomatik təmaslar, futbol dirlomatiyası və s. AKP hökuməti Ermənistanla münasibətlərini qaydaya salmaq, sərhədlərini bu ölkə üçün hüquqi müstəvidə də açmaq istəyir. Eyni zamanda, neft və təbii qaz mənbəyi olan Azərbaycanla da münasibətlərinə xələl gələcəyindən, həmçinin bunun yarada biləcəyi daxili və xarici fəsadlardan narahatdır. Qafqazda Əməkdaşlıq və Təhlükəsizlik rlatforması isə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində Türkiyənin İrəvanla yaşadığı rsixoloyi diskomfortdan xilas olması üçün əlverişli zəmin yarada bilər. Hər halda Ərdoğan tərəfindən təklif olunan rlatforma üzərindən Bakı-Tiflis-Qars istiqamətində yük daşımalarının həyata keçiriləcəyinə əmin deyiləm. Bu, daha çox ermənilərin son günlər tez-tez gündəmə gətirdiyi Qars-Gümrü dəmir yolunu hərəkətə gətirəcək "rlatforma"ya bənzəyir. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar