SON XƏBƏRLƏR

Ərdoğanın Təbrizə səfəri gözlənilir

2021.10.20, 07:36
Ərdoğanın Təbrizə səfəri gözlənilir

Gunaz.tv

GünAz TV: Türkiyə, İran və Rusiya prezidentlərinin Suriya problemi ilə bağlı üçüncü sammiti Təbrizdə keçirilə bilər.

 

Bu barədə İran Xarici İşlər Nazirliyinin Təbrizdəki ofisinin rəisi Babayi Raqib mətbuata məlumat verib.

“Hazırda Xarici İşlər Nazirliyi bu barədə qərar verməyib. Sammit Tehran və ya Təbrizdə keçiriləcək. Yekun qərar yaxın günlərdə veriləcək”- deyə o bildirib.

 

Şərqi Azərbaycan valisi Məcid Xudabəxş də sammitin Təbrizdə keçiriləcəyini dolayısı yolla təsdiqləyib. “Türkiyə, İran və Rusiya prezidentlərinin Suriya haqda görüşləri sentyabrın 7-də Təbrizdə keçirilə bilər”- deyə o qeyd edib.

 

Türkiyənin dövlət xəbər agentliyi TRT isə prezident Rəcəb Tayyib Ərdoğanın sentyabrın 7-də Təbrizə səfər edəcəyini yazıb.

 

Görüş Təbrizdə keçirilərsə, bu R.T.Ərdoğanın prezident kimi Güney Azərbaycana ilk səfəri olacaq.

 

Türkiyə prezidenti R.T.Әrdoğan, Rusiya prezidenti Vladimir Putin vә İran prezidenti Hәsәn Ruhaninin görüşündə İdlib mәsәlәsi başda olmaqla Suriyadakı son vәziyyәtin müzakirә olunması gözlәnilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar